vaxtlı-vaxtında oxuyun! Bazar, 23 noyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
AVROPA  
“3 günlük ərzaq ehtiyatı saxlayın” 12:02 | 23 noyabr 2025 | Bazar Məqaləyə 17 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“3 günlük ərzaq ehtiyatı saxlayın”

Fransada hökumətdən xalqa çağırış

MURAD

MÖVZU İLƏ ƏLAQƏLİ

Fransada hökumət uzun müddətdir üzərində işlədiyi böhran hazırlıq bələdçisini yayımlayıb. “Tous Responsables” (“Hamımız Məsuluq”) adı ilə təqdim olunan bələdçi, vətəndaşlara böyük bir böhran anında ən azı 72 saat boyunca avtonom şəkildə yaşamaq üçün lazım olan materialları və addımları göstərir.

Fransa hökuməti mümkün müharibə, təbii fəlakətlər, sənaye qəzaları, enerji kəsintiləri və ya kiberhücum kimi genişmiqyaslı böhranlarda ilk üç günün ən çətin mərhələ olduğunu vurğulayır. Bələdçiyə görə bu müddətdə əsas xidmətlər – marketlər, yanacaq doldurma məntəqələri, dövlət xidmətləri və nəqliyyatın fəaliyyəti tamamilə pozula bilər. Buna görə vətəndaşların əvvəlcədən hazırlıq aparması həyati əhəmiyyət daşıyır.

 

72 saatlıq sağ qalma çantasında nələr olmalıdır?

 

Bələdçidə yer alan tövsiyələrə görə “təcili vəziyyət çantası” aşağıdakı əsas kateqoriyalardan ibarət olmalıdır:

 

1. Əsas ləvazimatlar

Çoxfunksiyalı bıçaq, konserv açan, daşına bilən qaz balonu, batareyalı radio, “powerbank”, ehtiyat batareyalar, telefon şarj cihazı və sabun.

 

2. Su və qida

Bişirilməyə ehtiyac olmayan, uzun müddət saxlanıla bilən məhsullar – konservlər, paxlalılar, körpə qidası (lazımdırsa), çay, qəhvə, ev heyvanı yemi və adam başına ən azı 6 litr su.

 

3. Sağlamlıq və tibbi materiallar

Gündəlik dərmanlar, ehtiyat eynək, spirt, dezinfeksiya, maska, bint və kompresslər

 

4. İsinmə və işıqlandırma

Fənər, şam, alışqan, kibrit, termal yorğan, qalın geyimlər

 

5. Sənədlər və vacib əşyalar

Ev və avtomobilin ehtiyat açarları, şəxsiyyət sənədlərinin surətləri, reseptlər, nağd pul

 

6. Vaxt keçirmək üçün

Kitablar, oyunlar

 

“3–4 il ərzində kəskin şok yaşana bilər”

 

Bələdçi Fransada təhlükəsizlik müzakirələrinin artdığı bir dövrdə yayımlanıb. Fransa ordusunun Baş Qərargah rəisi Fabien Mandon son aylarda verdiyi açıqlamalarda ölkənin 3–4 il ərzində böyük bir şokla üzləşə biləcəyi barədə xəbərdarlıq etmişdi.

Mandon ölkənin belə bir böhrana hərbi və iqtisadi cəhətdən hazır olması lazım olduğunu bildirərkən, bələdçidə də ölkə xaricində genişmiqyaslı hərbi iştirakın yarada biləcəyi təhlükələrə yer verilib.

Bələdçidə qeyd edilir ki, böhran anında vətəndaşların öz hazırlığını tamamlamış olması, təcili yardım və xilasetmə qruplarına yalnız ən çətin vəziyyətdə olan insanlara yönəlmək imkanı verəcək.

Fransa hökuməti sadalananlardan ibarət çantanın hər evdə saxlanmasını tövsiyə edir.