Almaniya-Fransa ortaqlığı bitdi
100 milyardlıq layihənin ləğvi Avropanın müdafiə planlarına zərbə vurdu
12:53 | 23 noyabr 2025 | Bazar
Məqaləyə 17468 dəfə baxılıb
Şriftin ölçüsü
100 milyardlıq layihənin ləğvi Avropanın müdafiə planlarına zərbə vurdu
Sahibkarlar saatbaşı ödənişin 12,31 avroya çatmasından narazıdır
Qəbir yerləri azaldığı üçün kremasiya sürətlə yayılır
Seçki öncəsi dezinformasiya dalğası güclənir
Parisdə lüks mağaza qarət olundu
Qanunsuz miqrantlarla evlilik mübahisələri böyüyür
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Ləğv olunan reyslər artır, biletlər bahalaşır
Yaxud tarixşünaslığı ədəbiyyata dəyişən yazıçı və dramaturq
Fransa müstəmləkə dövründə oğurladığı mədəni sərvətlərin qaytarılmasını qanuniləşdirdi
Pezeşkian: “Hörmüz boğazına təhdid qlobal nəticələr doğura bilər”
Makron sonrası siyasi boşluq və ifrat sağın yüksəlişi
Qorxaq, ikiüzlü, prinsipsiz demokratik “çoxluq seçimi” olanlar sivilizasiyanı batırır
Fermerlər aksiyanı Milad günlərində də dayandırmadı
Fransada hökumətdən xalqa çağırış
Fransada çörəyin içindən çıxan qorxutdu
Fransa Baş qərargah rəisi Fabien Mandonun işlətdiyi sözlərə silkələnir. Dörd gündür davam edən müzakirələrdə Fabien Mandonun bələdiyyə başçıları konqresindəki çıxışında səsləndirdiyi “Fransızlar təhlükəsizlik üçün iqtisadi böhrana və lazım gələrsə uşaqlarını qurban verməyə hazır olmaq lazımdır” sözləri ölkədə böyük etiraza səbəb olub.
Bununla bağlı açıqlama verən prezident Emmanuel Makron “G20” Zirvəsi üçün səfərdə olduğu Yohannesburqda Mandon üçün “tam etibarını” ifadə edib.
Makron müzakirələrə dair açıqlamasında “Mandonun sözləri kontekstdən çıxarılaraq qorxu yaratmaq üçün istifadə edildi. Onun çıxışı bundan daha geniş və əhatəli idi”.
Makron, Mandonun çıxışının bir cümləyə endirilməsini tənqid edib:
“Çıxış bundan qat-qat əhatəlidir. Bir çox tərəf bunu digər siyasi məqsədlərlə təhrif etdi. Mən təslimçilik ruhuna qapılmaram, məğlubiyyətə boyun əymərəm”.
Hadisənin dərhal sonra sol müxalifət sərt reaksiya göstərmişdi. Jan-Lük Melenşon “Tamamilə qarşıyam” deyərkən, Fabien Russel (PCF) “Müdafiəyə bəli, müharibə çağırışına xeyr!” demişdi.
Makronun açıqlamaları isə bu reaksiyaları sakitləşdirməyib.
Makron isə bildirir ki, baş qərargah rəisi çıxışında Rusiyanın Avropa üçün artan təhdidinə diqqət çəkərək, “Fransa özünü qorumaq üçün əziyyət çəkməyə hazır olmalıdır. Əgər ölkə uşaqlarını itirməyə hazır deyilsə, risk altındayıq”, – deyib.