Dincəlmək və yenilənmək
Otellərdən xəbərlər və isti ölkələrə səyahət!
12:24 | 23 noyabr 2025 | Bazar
Məqaləyə 21 dəfə baxılıb
Şriftin ölçüsü
Otellərdən xəbərlər və isti ölkələrə səyahət!
18 milyon dollara lüks hotelə çevrildi
“Ən yaxşı qiymət” tələbi illərlə davam edib – Avropa şirkətləri zərərin ödənilməsini istəyir
Hətta şampun şüşələrinə yerləşdirilir
Turistlərin dörddə birindən çoxu paytaxtı tərk etmir
Dubay şokoladı bütün anbarların boşalmasına səbəb olub
7 nəfər ölüb, 12 yaralı var
Hotellərin gəliri də artıb, müştəriləri də, amma…
Mehmanxana sahiblərinin qazancları 190 milyona yaxındır
Teatrda qalanlara “Tavadan” pulsuz səhər yeməyi verəcək
Qiymətləri sürətlə düşür, tikinti işləri dayandırılır
Hotel qiymətləri bölgələrdə niyə bahadır?
BƏƏ-də harada nə yeyib-içmək haqqında düşünənlər üçün ...
Rəhman Səfərov: «Biz Malaziya və Türkiyə təcrübəsini əsas götürmüşük»
Halal hotellərə qarşı yeni tələblər
Azərbaycana turist axını qazancı
Dünyanın ən hündür hoteli rəsmi olaraq qonaqların üzünə açılıb. “IHG”nin “Vignette Collection” seriyasına əlavə olunan ən yeni “Ciel Dubai Marina” hoteli Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) paytaxtındakı göyə ucalan nəhəng tikililər arasında öz yerini alıb.
377 metr hündürlüyə malik hotel 82 mərtəbədən və 1 004 otaq və suitdən ibarətdir.
İynə formasında olan bu tikili “NORR Group” memarları tərəfindən layihələndirilib və bütün konsepsiya hündürlük üzərində qurulub.
Bütün otaqlarda “Palm Jumeirah”, Dubay silueti və Ərəb Körfəzi panoramik mənzərələrindən ən yaxşı şəkildə yararlanmaq üçün döşəmədən tavana qədər pəncərələr yerləşdirilib.
76-cı mərtəbədə dünyanın ən hündürləri arasında olan, dənizə baxan açıq “sonsuzluq hovuzu” var. Qüllənin zirvəsində isə üfüqlərə uzanan geniş mənzərələr təqdim edən müşahidə meydançası yerləşir.
Memarların sözlərinə görə, “Ciel”in dizaynı mənbə səmərəliliyi və dayanıqlılıq daxil olmaqla bir çox mürəkkəb məsələləri nəzərə alır.
8 restoran və 24 saat açıq idman zalı
Hotelin imkanları da dizaynı qədər təsiredicidir. Burada səkkiz yemək-içmək məkanı mövcuddur.
“West 13”, “East 14”, “Risen Café and Artisanal Bakery” və “Tattu” (“Tattu Restaurant & Bar, “Tattu Sky Pool” və “Tattu Sky Lounge”) restoranlar şəbəkəsində dünyanın məşhur mətbəxləri və ləziz təamları təqdim olunur.
Hotelin 24 saat açıq, göydələn siluetinə baxan ən müasir idman zalı var. Birinci mərtəbədə isə qonaqlar “Palm Jumeirah”dakı “Soluna Beach Club”dan yararlana bilirlər. 61-ci mərtəbədəki Spa mərkəzinin 2026-cı ilin fevralında açılması planlaşdırılır.
Ümumiyyətlə Dubay turizm baxımından böyük yüksəliş yaşayır. Şəhər ötən il 18,7 milyon beynəlxalq turisti qəbul edib. Bu, 2023-cü illə müqayisədə 9% artım deməkdir. Şəhər getdikcə daha çox varlı turistləri cəlb etməyi hədəfləyir.
2024-cü ildə turizmə yönəlmiş xarici investisiya 2 milyard dolları keçib və “Ciel Dubai Marina” bu yüksəlişin maksimalist xarakterinin simvolu kimi təqdim olunur.