
Abutalıbova ayaqyolu ismarıcı
Bakıda yeyib-içmək öz yerində, amma tualet məsələsi çətindir
Bakıda yeyib-içmək öz yerində, amma tualet məsələsi çətindir
«Bakı şəhər icra hakimiyyəti gərək bu işləri nəzərə alsın»
Anti-bakterial yuyucu vasitələrin sabundan fərqi...
Olimpiya media mərkəzinin tualetinə qoyulan qoşa unitaz bütün dünyada məsxərəyə qoyuldu
Olimpiya media mərkəzinin tualetinə qoyulan qoşa unitaz bütün dünyada məsxərəyə qoyuldu
Olimpiya media mərkəzinin tualetinə qoyulan qoşa unitaz bütün dünyada məsxərəyə qoyuldu
Olimpiya media mərkəzinin tualetinə qoyulan qoşa unitaz bütün dünyada məsxərəyə qoyuldu
Avropalıların gigiyena anlayışında səssiz bir inqilab baş verir. Avropa nəhayət ki, bide kranlarının dəyərini anladı.
Son illərdə Avropada gigiyena vərdişlərində nəzərəçarpacaq dəyişiklik olub. Tualet kağızından istifadə nisbətləri azalır, digər tərəfdən təmizliyi su ilə təmin edən sistemlərə meyl sürətlə artır. Mütəxəssislərin fikrincə, bu, sadəcə bir tendensiya deyil, həm sağlamlıq, həm də ətraf mühit üçün şüurlu şəkildə verilən qərardır.
***
Almaniya, Hollandiya və Fransa başda olmaqla bir çox Avropa ölkəsində son iki ildə bide sistemli tualetlərin satışlarında ciddi artım müşahidə olunub.
Avropa Hamam və Gigiyena Məhsulları Assosiasiyasının (EBA) məlumatlarına görə, 2024-cü ildə bide ilə inteqrasiya olunmuş ağıllı tualet satışları 40 faiz artıb. Bu dəyişikliyin əsas səbəbləri arasında həm gigiyena, həm də ətraf mühitlə bağlı narahatlıqlar önə çıxır.
***
Amerika Dermatologiya Akademiyasının (AAD) üzvü, dermatoloq Heydli Kinqin sözlərinə görə, tualet kağızında istifadə edilən ətirlər və yumşaldıcı kimyəvi maddələr dəri baryerini poza, qıcıqlanma və allergik kontakt dermatit yarada bilər. Xüsusilə həssas bölgələrdə uzun müddətdə göbələk böyüməsi və ya xroniki qıcıqlanma riskini artırır.
Doktor Kinq, cinsiyyət bölgəsində yalnız mexaniki təmizləmənin gigiyena baxımından qeyri-kafi ola biləcəyini və su təmizləmə üsullarının həm daha təsirli, həm də daha az qıcıqlandırıcı olduğunu ifadə edir.
***
Təbii Resursları Müdafiə Şurasının (NRDC) ətraf mühit təşkilatının hesabatlarına görə, yalnız ABŞ-da tualet kağızı istehsalı üçün hər il 15 milyon ağac kəsilir. Bu rəqəm Avropada da oxşar tendensiyadır.
İqlimşünas Professor Keytlin Ruffalo, “Tualet kağızı istehsalı üçün təkcə ağacları deyil, həm də həddindən artıq su ehtiyatları, enerji və kimyəvi maddələri sərf edilir. Orta hesabla bir rulon üçün 140 litr təmiz su istifadə olunur. Bununla belə, su təmizləmə sistemləri bu resursların əksəriyyətini aradan qaldırır”.
EPA (Ətraf Mühitin Mühafizəsi Agentliyi) həmçinin tualet kağızı sənayesini “meşədəki ən dağıdıcı sektorlardan biri” kimi təsvir edir.
***
Maraqlısı odur ki, Avropa tədricən Asiya və Yaxın Şərqdə ənənəvi təmizlik anlayışına yaxınlaşır. Azərbaycan, Türkiyə, Yaponiya və başqa ölkələrdə su ilə təmizləmə uzun illərdir adi haldır. İndi bu vərdiş “Qərbin gigiyena anlayışı ilə qarşıdurması” kimi yozulur.
Oksford Universitetinin sosiologiya professoru Klara Cennings Avropadakı bu transformasiya haqqında, “Bu, təkcə gigiyena deyil, həm də ekoloji etika ilə bağlıdır. İllərdir ki, Qərb su ilə təmizləmə vərdişinə xor baxır. İndi isə ağıllı tualet texnologiyası adı altında eyni şeyi geri gətirirlər”, – deyib
***
Avropada hamamlarda ağıllı tualet sistemlərinə keçid diqqətəlayiqdir. Bu sistemlərə oturacaqların qızdırılması, suyun səpilməsinin tənzimlənməsi, qurutma və hətta dezinfeksiya sistemləri daxildir. Yaponiyada hazırlanmış bu texnologiya hazırda Avropa bazarında geniş yayılmaqdadır.