Yaponiyanın ilk qadın baş nazirinin keçmişi
Tetçerin pərəstişkarı Takaiçini Toni Bleyr, Bill Klintonla nə birləşdirir?
            					
            	
                20:55 | 5 avqust 2025 | Çərşənbə axşamı
                Məqaləyə 329 dəfə baxılıb
                
                Şriftin ölçüsü
                
                
                                Tetçerin pərəstişkarı Takaiçini Toni Bleyr, Bill Klintonla nə birləşdirir?
                                Günahkar iqlim dəyişikliyidir?
                                20 ildən sonra dünyanın ən güclü 10 pasportundan çıxdı
                                ABŞ hökumətinin bağlanması iqtisadiyyata və kredit reytinqinə təsir edə bilər
                                Vergilər Pekinə cavabdır
                                ABŞ-da ağac məhsullarına əlavə rüsum tətbiqinə başlanıldı
                                Oval kabinerin “qızıl çağı” – ABŞ prezidenti Ağ Evi qiymətli doldurmağa davam edir
                                Trampdan kütləvi ixtisarla hədələdi
                                Tramp Biden administrasiyasının keçmiş rəsmisini işdən çıxarılmasını istəyir
                                Yaponiya və Tayvan birjaları rekord səviyyəyə çatdı
                                İndeks maliyyə nazirinin açıqlamasından sonra ilk dəfə 44 min xal səviyyəsini keçdi
                                “ABŞ Yaponiya mallarına tətbiq etdiyi gömrük vergisini azaldacaq”
                                Siyasi böhran və ABŞ vergilərinə baxmayaraq ...
                                Yaponiyada “Nikkei 225” güclü ÜDM və İşibanın istefası sonrası sıçradı
                                “Deportasiya qoxusunu sevirəm”
                                Yaponiya Baş naziri: “Bayrağın növbəti nəslə verilməsi lazım olduğuna inanıram”
2000-ci illərin sonlarında maliyyə böhranından az itki ilə çıxan Yaponiya olmuşdu. Ən çox böhrana məruz qalan isə ABŞ. O vaxtlar bu barədə çox süjetlər edirdim. Xatirimdə yaddan çıxmayacaq məqam qalmışdı. Niyə Yaponiya az, ABŞ böhrana çox məruz qaldı? Təbii ki, çoxlu sayda səbəblər vardı. İndi onlardan birindən – insan amilindən söz açacam.
Həmin aylarda yapon müdirlər əməkdaşlara demişdilər ki, kim böhrandan çıxmaq üçün yaxşı təklif versə, gəlirin 2 faizi ona çatacaq. Əməkdaşlar 3 gün ərzində elə gözəl təkliflər vermişdilər ki, əksər şirkət böhrandan çıxdı.
Amerikada da müdirlər əməkdaşlara demişdilər ki, kim yaxşı təklif versə, gəlirin 5 faizi ona çatacaq. Yaponiyadakı əməkdaşlardan fərqli olaraq, amerikalı əməkdaşlar heç bir təklif vermədilər, bunu belə izah etmişdilər ki, ağlımıza heç nə gəlmədi. Təklif verənlər olmuşdu, lakin onlar da yararsız sayıldı. Bununla da böhrana ən çox ABŞ şirkətləri məruz qaldı. Digər iqtisadi səbəblər vardı, lakin insan amilindın çökənlər də oldu.
Nə baş vermişdi?
Bu barədə təklif verən yapon əməkdaşlardan soruşmuşdular. Onlar demişdi ki, biz şirkətimizi pis vəziyyətdə qoya bilməzdik, xatırladıq ki, müdirimiz yaşlı əməkdaşımızı təqaüdə təntənəli şəkildə yola saldı, hətta ona tez-tez baş çəkirdi. Başqa əməkdaş demişdi ki, müdir öz cibindən filan işi gördü. Yaxud müdir filan xanım əməkdaşımızı atan oğlanın ardınca gedib onunla danışmış, xanım əməkdaşla barışdırmış, indi onlar xoşbəxt ailə həyatı sürürlər.
Bir sözlə yaponlar bunları xatırlayıb qərara alıblar ki, bu ağır vəziyyətdə şirkətimizi yarı yolda qoya bilmərik. 3 gün ərzində gecələrini gündüzə qatıb elə gözəl təkliflər paketi ortaya qoydular ki. Ən yararlı təklif verən isə 3 faiz gəlirdən imtina etmişdi ki, ayıbdır, yaxşı deyil.
Keçək okeanın o tayına.
Bəs amerikalı əməkdaşlar nə etdilər? Təklif vermədilər? Axı deyilənə görə amerikalının beyni daha yaxşı işləyir. Lakin təklif verən olmamışdı. Onlara təklif üçün vaxt veriləndə düşünmək əvəzinə, gedib futbola baxmış, qarğıdalı çubuğunun üzərinə süd töküb yemişdilər. Yəni təxminən kiçik əyləncələrindən yazdım. Və neçə gündən sonra gedib şeflərinə dedilər ki, “nə etsək də ağlımıza heç nə gəlmədi”. Bununla da insan amilinə görə ABŞ-də bəzi şirkətlər böhrana məruz qaldı. Əslində onlar düşünsəydilər, ağıllırana çox ideya gələrdi. Qəsdən düşünməyiblər. Onlar xatırlamışdılar ki, filan vaxtı şef səbəbsiz yerə onların iş yoldaşlarını ixtisar etdi. Yaxud filan vaxt istehsalat xəsarəti alan xəstəyə baş çəkmədi. Bilə-bilə ki, şirkət çökəcək, bununla da onlar da işsiz qalacaq, qəsdən gəmini batırmağa üstünlük vermişdilər.
Bəzən deyirlər ki, yüksək maaş əsas şərtdir. Amma yuxarıda yazdığım bir daha sübut etdi ki, əsas məsələ insan amilidir. Əməkdaş elə təklif verər ki, bütün şirkət xilas olar.
Qəsdən elə təklif verər ki, şirkət batar.