SEPAH-a ərəb zərbəsi
Körfəz ölkələrindən İrana və onun regional terror təşkilatlarına qarşı üç sərt addım
19:15 | 26 aprel 2026 | Bazar
Məqaləyə 88 dəfə baxılıb
Şriftin ölçüsü
Körfəz ölkələrindən İrana və onun regional terror təşkilatlarına qarşı üç sərt addım
“Yox” demirlər, amma nəticə də yoxdur
Gizli əməliyyat Tehranın hücumlarına cavab xarakteri daşıyıb
Qoyduğu sərhəddən kənardakıları yoxlayan ABŞ gəmiyə toxunmayıb
“Hizbullah”la əlaqədə şübhəli bilinən 21 şəxs və qurum sanksiya siyahısına salındı
Pekində dünyanın taleyini dəyişə biləcək razılaşma mümkündürmü?
Tramp: “İstənilən halda buna nail olacağıq”
Hörmüz gərginliyi davam edərkən diqqətçəkən hərəkətlilik yaşandı
ABŞ-nin sərtləşən mövqeyi əsnasında diplomatik proses gərginləşib
ABŞ və Böyük Britaniyanın qara siyahısına düşənlər arasında Çin şirkətləri də var
İrandan Avropa ölkələrinə xəbərdarlıq
Hörmüz gərginliyinin yaxın müddətdə həllini tapacağı gözlənilmir
Avropa ölkələri ABŞ ilə sövdələşməyə hazırlaşır
Geri addım, Körfəz ölkələrinin vetosu və yeni dönüş
ABŞ və İran Hörmüz boğazında toqquşdu ...
Bəndər-Abbas və Keşm limanlarına hava zərbələri endirilib
İranda açılan yeni memorial stend ölkənin keçmiş lideri Əli Xameneyinin oğlu və siyasi sistemdə rejimin ali dini rəhbəri Müctəba Xameneyinin taleyi ilə bağlı sualları yenidən gündəmə gətirib.
VAXT.AZ xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərə əsasən, memorial lövhənin son aylarda regionda baş verən hərbi qarşıdurmalar fonunda həlak olduğu bildirilən şəxslərin xatirəsinə həsr edildiyi iddia olunur. Həmin kompozisiyada Müctəba Xameneyinin fotosunun ən üst sırada, hətta SEPAH generalı Qasım Süleymaninin fotosunun üzərində digər həlak olmuş şəxslərlə birlikdə təqdim edilməsi diqqət çəkib. Bu detal müxtəlif platformalarda geniş müzakirələrə səbəb olub.
Məhz bu kontekstdə Müctəba Xameneyinin fotosunun həmin
stenddə yer alması sosial media istifadəçiləri və müşahidəçilər arasında onun vəziyyəti
ilə bağlı yeni ehtimalların ortaya çıxmasına gətirib çıxarıb.
Hazırda İran rəsmiləri Müctəba Xameneyinin öldüyü barədə hər hansı rəsmi açıqlama verməyib. Bununla belə, onun uzun müddətdir ictimaiyyət qarşısında görünməməsi və səhhəti ilə bağlı rəsmi məlumatların açıqlanmaması mövzu ətrafında sualların artmasına səbəb olub.
Son həftələrdə Müctəba Xameneyinin hərbi zərbələr zamanı ağır xəsarət aldığı – ayağının amputasiya olunduğu, əlləri və üzünün yaralanması rəsmi səviyyədə təsdiqlənib. 30 raket zərbəsindən sağ çıxdığı iddia olunan ali dini liderin fotosunun memorial lövhədə digər həlak olmuş şəxslərlə eyni kompozisiyada təqdim edilməsi bəzi müşahidəçilər tərəfindən təsadüfi addım kimi qiymətləndirilməyib.
Videogörüntülərin yayılmasından sonra xüsusilə sosial şəbəkələrin “X”, “Telegram” və “TikTok” platformalarında mövzu geniş müzakirə olunmağa başlayıb. İstifadəçilər arasında bu addımın simvolik mesaj olub-olmadığı və ya onun real vəziyyəti ilə bağlı dolayı işarə kimi qiymətləndirilib-qiymətləndirilməməsi ilə bağlı müxtəlif ehtimallar səsləndirilir.
Analitiklər qeyd edirlər ki, İran kimi qapalı informasiya mühitinə malik ölkələrdə yüksək vəzifəli şəxslərin səhhəti və taleyi ilə bağlı məlumatlar adətən ciddi nəzarət altında saxlanılır. Bu səbəbdən rəsmi açıqlama olmadan hər hansı nəticəyə gəlmək çətin olsa da, belə vizual addımların ictimai müzakirələrə səbəb olması gözlənilən sayılır.
Hazırda mövcud faktlar Müctəba Xameneyinin öldüyünü təsdiqləmir. Bununla belə, onun fotosunun memorial xarakterli stenddə digər həlak olmuş şəxslərlə birlikdə təqdim olunması və bununla bağlı yayılan videogörüntülər onun taleyi ilə bağlı şübhələrin yenidən güclənməsinə səbəb olub. İran rəsmilərinin mövzu ilə bağlı rəsmi açıqlama verib-verməyəcəyi isə diqqətlə izlənilir.