İranda ardıcıl partlayışlar – VİDEO
Şiraz hava limanında uçuşlar dayandırıldı
09:19 | 28 may 2026 | Cümə axşamı
Məqaləyə 110 dəfə baxılıb
Şriftin ölçüsü
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
İsrailin Livandakı əməliyyatları genişləndirməsi qara qızıla təsir etdi
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Böyük Britaniya şirkəti Azərbaycanda yeni nəhəng qaz layihəsinə rəhbərlik etməyə hazırlaşır
Hörmüz boğazında gərginlik yenidən artır
Qara qızıl dünənki ucuzlaşmada itirdiklərini qaytardı
Dünya bazarında neft qiymətləri ABŞ və İran arasında gərginliyin yenidən artması ilə əlaqədar kəskin yüksəlib. Asiya sessiyasında ticarətin ilk saatlarında “Brent” markalı neftin iyul fyuçersləri 2 faizə yaxın bahalaşaraq 96 dolları keçib. ABŞ-nin “WTI” markalı xam nefti isə 90 dollar həddinə yaxınlaşıb.
VAXT.AZ xəbər verir ki, qiymət artımı Vaşinqtonun İran ərazisinə bu həftə ikinci dəfə zərbə endirməsi barədə xəbərlərdən sonra başlayıb. ABŞ və İran arasında mümkün razılaşma, eləcə də Hörmüz boğazının açılması ilə bağlı ümidlərin zəifləməsi bazarda yeni risk dalğası yaradıb.
“Reuters” yazır ki, ABŞ ordusu İranın Hörmüz boğazı yaxınlığındakı pilotsuz aparat infrastrukturlarına zərbələr endirib. İran tərəfi isə buna cavab olaraq ABŞ bazasına raket hücumu təşkil etdiyini açıqlayıb. Hadisələrdən sonra investorlar regionda genişmiqyaslı eskalasiya ehtimalını yenidən qiymətləndirməyə başlayıblar.
Buna baxmayaraq, əvvəlki sessiyada neft qiymətləri ciddi eniş yaşamışdı. Səbəb İranın 30 gün ərzində Hörmüz boğazını beynəlxalq ticarət gəmiləri üçün yenidən aça biləcəyi barədə yayılan məlumatlar idi. İran dövlət televiziyası Vaşinqtonla ilkin çərçivə razılaşmasının müzakirə olunduğunu iddia etmişdi. Həmin xəbərlərdən sonra WTI nefti 90 dolların altına düşmüş, “Brent” isə 95 dollaradək geriləmişdi.
Analitiklər bildirirlər ki, bazarın əsas narahatlığı Hörmüz boğazıdır. Dünya üzrə dəniz yolu ilə daşınan neft və mayeləşdirilmiş qazın təxminən 20 faizi məhz bu marşrutdan keçir. Münaqişənin uzanması qlobal enerji təchizatına ciddi zərbə vura bilər.
“The Guardian” qeyd edir ki, bazarda artıq geri dönüş nöqtəsi ilə bağlı qorxular formalaşır. Qəzetin yazdığına görə, enerji ehtiyatlarının azalması və yay mövsümündə tələbatın artması fonunda uzunmüddətli böhran riski yüksəlir.
“Bloomberg”in məlumatına görə isə investorlar hazırda iki əsas ssenarini izləyirlər: ya ABŞ və İran arasında müvəqqəti razılaşma əldə olunacaq və boğaz mərhələli şəkildə açılacaq, ya da yeni hərbi toqquşmalar neftin qiymətini yenidən 100 dolların üzərinə daşıyacaq.