
18 illik həsrətə son
Süni intellekt sayəsində uşaq sahibi olacaqlar
Süni intellekt sayəsində uşaq sahibi olacaqlar
ABŞ və Böyük Britaniyada minlərlə körpə cütlüklərə satıldı
Aztəminatlı və yaşıllıq olmayan ərazilərdə yaşayanlar üçün risk 2 dəfə çoxdur
Bütün etiraflar yalan idi
Hollandiyada həddindən artıq maye qəbul edən 7 yaşlı uşaq zəhərlənib
1 uşaq dünyasını dəyişib, 17 uşaq müalicə olunur
Ana bətnində məruz qalınma yeniyetməlik dövründə ortaya çıxır
BMT uşaq sahibi olmaq üçün ciddi maneələri açıqlayıb
Şaxta baba kostyumu geyinib və uşaqları kəmərlə döyüb
Əgər uşağınız danışmırsa, buna bir çox vərdiş səbəb ola bilər
6 yaşlı uşağı qaçırıb, sonra televiziyaya çıxıb kömək
“Ölüm hökmünüz artıq imzalanıb”
Avropa ölkəsində hər iki gəncdən biri internetdə cinsi istismara məruz qalır
Avropa ölkəsində azyaşlılarla bağlı qorxunc statistika
Cənubi Koreya dövləti uzun illər uşaq oğurluğu ilə məşğul olub
Özünü Avropanın ən mədəni ölkəsi sayan Fransada qorxulu statistika
Körpələrin qız ya da oğlan olaraq doğulması, ümumiyyətlə qəbul edildiyi kimi tamamilə təsadüfi olmaya bilər. “Science Advances” elmi jurnalında dərc olunan yeni bir tədqiqat göstərir ki, uşaqların cinsiyyəti hər ailəyə xas fərqli nisbətlərdə ola bilər.
Araşdırmaya əsasən, doğulan uşağın cinsiyyəti ananın yaşı və bəzi genetik faktorlarla bağlıdır. Bu nəticələr, uşağın cinsiyyətinin tamamilə təsadüfi olduğu anlayışına şübhə doğurur.
Avropada aparılan oxşar tədqiqatlarla paralel olan araşdırma göstərir ki, cinsiyyət nisbəti həmişə 50-50 olmur.
Uzun müddətdir elm adamları dünyada qızlara nisbətən bir az daha çox oğlan uşağının doğulduğunu bilir. Lakin Harvard Universitetinin T.H. Çan Sağlamlıq Məktəbinin tədqiqatçıları fərdi ailələrdəki uşaqların cinsiyyət nümunələrini araşdırıblar.
146 mindən çox hamiləlik təhlil edildi
1956-2015-ci illər arasında tibb bacıları arasında baş vermiş 146 mindən çox hamiləlik məlumatları incələnib.
Tədqiqatçılar bəzi ailələrin ya yalnız oğlan, ya da yalnız qız uşağı sahibi olmağa meylli olduğunu müşahidə ediblər.
Xüsusilə 3 və ya daha çox uşağı olan qadınlarda, tamamilə oğlan və ya qız uşağı sahibi olma ehtimalının statistik gözləntilərdən daha yüksək olduğu ortaya çıxıb.
Araşdırmanın rəhbəri, professor Jorge Çavarro deyib: “Əgər iki və ya üç qızınız varsa və oğlan uşağı arzulayırsınızsa, şansınız 50 faiz deyil, daha çox ehtimal ki, yenə qız doğulacaq”.
Araşdırmaya görə, üç qız uşağı olan ailənin dördüncü uşağının da qız olma ehtimalı 58 faiz, üç oğlan uşağı olan ailənin dördüncü uşağının oğlan olması ehtimalı isə 61 faizdir.
Hansı amillər təsir göstərir?
Tədqiqatda ananın yaşı da önəmli amil kimi ortaya çıxıb. 28 yaşından sonra doğum edən qadınların yalnız oğlan və ya yalnız qız uşağı sahibi olma ehtimalı bir qədər yüksəkdir.
Çavarro bunun səbəbini qadınların yaş artdıqca vajinal asiditenin yüksəlməsi kimi bioloji dəyişikliklərin Y xromosomu daşıyan oğlan uşaqlarının sağ qalma şansına təsir etməsi ilə əlaqələndirir.
Lakin “Washington Post”un xəbərinə görə, araşdırmada ataların yaşı və genetik məlumatları daxil edilməyib ki, bu da tədqiqatın əsas məhdudiyyətlərindən biridir.
Bundan əlavə, yalnız oğlan və ya yalnız qız uşağı sahibi olmaqla əlaqələndirilən iki gen aşkar edilib. Çavarro qeyd edir: “Bu genlərin cinsiyyətlə əlaqəsi hələ məlum deyil, lakin bu yeni suallar yaradır”.
Pensilvaniya Universitetindən genetik mütəxəssis Yain Matison isə genetik nəticələrə ehtiyatla yanaşmağın vacibliyini vurğulayıb. O, genetik analizlərin kiçik nümunə üzərində aparıldığını və digər faktorların təsirini istisna etmədiyini qeyd edərək, nəticələrin təsdiqlənmədən qəti qəbul edilməməli olduğunu bildirib.
***
Tədqiqatçılar həmçinin aşkar ediblər ki, valideynlər bir oğlan və bir qız uşağı olduqdan sonra daha çox uşaq sahibi olmaqdan imtina edirlər. Buna görə son doğuşlar və düşüklər analizdən çıxarılaraq nümunədə ailə planlaması faktorları minimuma endirilib. Nəticə dəyişməyib: uşağın cinsiyyəti tamamilə təsadüfi deyil.
Bu nəticələr “Malcolm in the Middle” serialındakı beş oğlan uşaqlı ailə və ya “Qürur və qərəz” romanındakı beş bacı kimi nümunələrin nadir olmadığını göstərir.
Tarixdə də oxşar nümunələr var: 12-ci əsrdə Fransa Kralı VII. Luis iki arvadından yalnız qız uşağı sahibi olduğu üçün kişi varis əldə edə bilməmiş və yenidən evlənmişdi.
Araşdırma yeni sualları ortaya qoyur
Çavarro bildirir ki, bəzi ailələrin niyə hər zaman eyni cinsdə uşaq sahibi olduqlarını başa düşmək illər ala bilər, amma bu araşdırma əhəmiyyətli başlanğıcdır.
Gələcək tədqiqatlarda həyat tərzi, qidalanma və ətraf mühitdə kimyəvi maddələrə məruz qalma kimi amillərin də rolu araşdırılmalıdır.
Tədqiqatda irq, saç rəngi, qan qrupu, bədən kütlə indeksi və boy kimi dəyişənlərin cinsiyyətlə əlaqəsi olmadığı qeyd edilib. Lakin iştirakçıların 95 faizinin ağ dərili və hamısının tibb bacısı olması nümunənin ümumi əhalini tam əks etdirmədiyini göstərir.
Harvard Universitetindən təkamül bioloqu David A. Hayq qeyd edir: “Fərqli ailələr fərqli ağırlıqlarla püşk atırlar. Bu, bioloji olaraq mürəkkəb olsa da, çox şəxsi və intuitiv bir mövzuya işarə edir”.