
Məktəbə hücuma hazırlaşan uşaq həbs edildi
Evindən silah arsenalı tapıldı
Evindən silah arsenalı tapıldı
Bələdiyyə işçiləri çantada insan meyiti tapdı
Hökumətin küçədə tək bir uşaq belə qalmayacaq vədi fiaskoya uğradı
Silikon Vadisindəki rəhbərlər “ağıllı uşaqlar üçün böyük məbləğ ödəyir”
Almaniyada körpə qoyulması qadağan olunan adlar
Türkiyənin əhalisi 3 ayda 90 min nəfər artdı
Bir animasiya təhlükəni bundan gözəl izah edilə bilməzdi
Ana südü körpəyə xeyirli olduğu kimi ananı da qoruyur
Uşaqlarına yalançı cənnət, çəpgöz, büt, yoxsul, dərd yağdıran mənasını verən isimlər qoyanlar
Doğulan uşağın cinsiyyəti ananın yaşı və bəzi genetik amillərlə əlaqəli ola bilər
Süni intellekt sayəsində uşaq sahibi olacaqlar
ABŞ və Böyük Britaniyada minlərlə körpə cütlüklərə satıldı
Aztəminatlı və yaşıllıq olmayan ərazilərdə yaşayanlar üçün risk 2 dəfə çoxdur
Bütün etiraflar yalan idi
Hollandiyada həddindən artıq maye qəbul edən 7 yaşlı uşaq zəhərlənib
1 uşaq dünyasını dəyişib, 17 uşaq müalicə olunur
Yeni Zelandiyanın Kaiwaka kəndində baş verən hadisə ölkə ictimaiyyətində şok effekti yaradıb. 27 yaşlı qadın, azyaşlı bir qızı çamadana yerləşdirərək avtobusla qaçırmağa cəhd edib. Hadisə bazar günü baş verib.
Hadisə zamanı avtobusun yük yerində olan çamadan sərnişinlərdən birinin diqqətçiliyi nəticəsində açılıb və içəridə balaca bir qız uşağının olduğu müəyyən olunub. Uşaq vaxtında xilas olunub və dərhal xəstəxanaya aparılıb. Polis, uşağın "bədən temperaturunun çox yüksək" olduğunu, lakin fiziki xəsarət almadığını açıqlayıb.
Qadın saxlanılıb – kimliyi və məqsədi bəlli deyil
Hazırda 27 yaşlı qadın saxlanılıb və barəsində uşaq istismarı ilə bağlı hüquqi araşdırma başladılıb. Polis onun uşağın anası olub-olmadığını hələlik təsdiq etməyib. Eyni zamanda, uşağın çamadana necə yerləşdirildiyi, qadının məqsədi və motivasiyası da hələlik bilinmir.
Hadisənin qarşısı avtobus sürücüsünün çevik reaksiyası ilə alınıb. Polis rəsmisi bildirib: “Avtobus sürücüsünə və vəziyyəti hiss edib dərhal müdaxilə edən sərnişinlərə minnətdarıq. Əgər bu qədər sürətli davranılmasaydı, nəticə faciəli ola bilərdi”.
Sürücü çamadanda uşaq olduğunu eşidən kimi hərəkətə keçib və uşağı dərhal çıxarıb.
Hazırda polis istintaqı davam edir. Hüquq-mühafizə orqanları hadisədə başqa şəxslərin də iştirak edib-etmədiyini araşdırır. Hadisənin təkcə həmin qadın tərəfindən planlaşdırıldığı, yoxsa geniş miqyaslı qaçırma planının bir hissəsi olduğu yaxın günlərdə müəyyənləşdiriləcək.