
Avropada abort problemi
Yaxud Saarland effekti – regional mərkəzə çevrilmək
Yaxud Saarland effekti – regional mərkəzə çevrilmək
İtlərin Parkinson xəstəliyini iy ilə ayırd edə bildiyi aşkarlandı
Ən ucuz məhsul ən yüksək qiyməti alıb
Doğulan uşağın cinsiyyəti ananın yaşı və bəzi genetik amillərlə əlaqəli ola bilər
Almaniyada tək yaşayanların sayı sürətlə artır
Gecə növbəsində işləyən qadınlar risk altındadır
Hamilə qadın küçənin ortasında uşaq dünyaya gətirdi
Berlində qadın qətlləri artmaqdadır
Süni intellektin zərif cinsin nümayəndələrinin işini ələ keçirməsi riski kişilərdən üç dəfə yüksəkdir
“Sənin yerin mətbəxdədir” sözlərinə görə üzərinə benzin töküb
18 milyonluq Avropa ölkəsində 1878 nəfər canına qıyıb
Avtomobil sürərkən üzünüzü örtə bilməzsiniz
Qadınların daha uzun ömürlü olması statistikaya təsir edir
Yaşlı qadın cərimədən necə yayındı?
Yaxşı işıqlandırılan, bol kameralı və çıxışa yaxın yerlərdə
Türk əsilli futbolçudan alman ifrat sağçılarına zərbə
Hollandiyanın Erasmus MC, Erasmus və Tilburq Universitetlərinin birgə apardığı araşdırma isti dalğaların sağlamlığa təsirini ortaya çıxarıb. Mütəxəssislər son 15 ildə iki milyondan çox hamiləlik qeydini KNMI Meteorologiya İnstitutunun temperatur məlumatları və Mərkəzi Statistika Bürosunun (CBS) gəlir, təhsil səviyyəsi və yaşayış mühiti ilə bağlı məlumatları ilə müqayisə ediblər.
Araşdırmada 24 saat ərzində orta temperaturun 20 dərəcədən yuxarı olduğu günlər isti günlər kimi müəyyən edilir. Bu günlərdə gündüz temperatur tez-tez 30 dərəcəyə çata bilər.
Tədqiqatçıların fikrincə, isti günlərdə vaxtından əvvəl doğuş riski xeyli artır. Şəhərlərin aztəminatlı və az yaşıl ərazilərində yaşayan qadınlar üçün bu risk iki dəfə yüksəkdir.
Hollandiyada aparılan bu miqyaslı ilk araşdırma göstərir ki, iqlim dəyişikliyi təkcə ekoloji problem deyil, həm də ciddi ictimai sağlamlıq problemidir. Ölkədə temperatur artımının dünya ortalamasından daha sürətlə baş verməsi insanların uyğunlaşma müddətini qısaldır.
Temperatur və vaxtından əvvəl doğuş arasındakı əlaqənin dəqiq səbəbi tam olaraq bilinməsə də, mümkün izahatlara hamilə qadınların bədən istiliyini lazımi səviyyədə buraxa bilməməsi, stressə səbəb olan istilik və plasentaya (uşağı ana bətnində qidalandıran orqan) qan axınının azalması daxildir.
Vaxtından əvvəl doğuş təkcə körpənin kiçik doğulması demək deyil, həmçinin əlilliyi, davranış və tənəffüs problemləri kimi uzunmüddətli sağlamlıq problemləri ilə əlaqələndirilir.
Araşdırmaya görə, aztəminatlı ərazilərdə mənzillər ümumiyyətlə yaxşı izolyasiya olunmur və kifayət qədər havalandırılmır ki, bu da isti havalarda sağlamlıq üçün daha böyük risk yaradır. Mütəxəssislər hamilə qadınlara isti günlərdə bol su içmələri, sərin mühitlərdə qalmaları və evlərini sərin saxlamaları barədə xəbərdarlıq edir. Həmçinin vurğulanır ki, bu risklərə qarşı maarifləndirmə aparılmalı, şəhərlərdə yaşıllıqlar artırılmalı, yaşayış şəraiti yaxşılaşdırılmalıdır.