Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
16:20 | 5 may 2026 | Çərşənbə axşamı
Məqaləyə 110 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Rusiyada ümumi məhkum sayı 2000-ci və 2010-cu illərlə müqayisədə azalsa da, qadınların payı xüsusilə Rusiya-Ukrayna müharibəsi başlayandan sonra artaraq rekord səviyyəyə çatıb.
VAXT.AZ “Vyorstka” nəşrinin Rusiya Federasiyası Ali Məhkəməsi yanında Məhkəmə Departamentinin statistik məlumatları əsasən hazırladığı araşdırmaya görə, 2025-ci ildə qadınlar bütün məhkumların təxminən beşdə birini təşkil edib ki, bu da müasir Rusiya tarixində ilk belə haldır. Qadınlar getdikcə daha çox həm “məişət xarakterli” cinayətlər, həm də “siyasi motivli” maddələr üzrə mühakimə olunur.
Qeyd olunur ki, qadınlar koloniyalarda kişilərlə müqayisədə daha az zorakılıqla üzləşsələr də, azadlıqdan kənarda olduqları müddətdə daha az dəstək və yardım alırlar.
Mütəxəssislər hesab edir ki, qadın məhkumların sayının artmasına əsas təsir edən amillər müharibə, sosial-iqtisadi çətinliklər və hüquq-mühafizə orqanlarının aktivliyinin artmasıdır.
Keçmiş siyasi məhbus Olqa Bendas bildirir ki, Rusiyada qadınlara münasibət ümumi sistemin bir hissəsidir: “Həbsxanaya düşmədən də Rusiyada qadınlara münasibətin necə olduğunu anlamaq mümkündür. Qadın koloniyaları kişi koloniyalarından qat-qat ağırdır, çünki qadınlara insan kimi yanaşılmır”.
Digər keçmiş siyasi məhbus Saşa Skoçilenko isə qadın və kişi təcridxanalarındakı fərqlərə diqqət çəkib. Onun sözlərinə görə, kişi məhbusların həyat şəraiti ilə bağlı bəzi “yumşalmalar” qadınlar üçün praktiki olaraq mümkün deyil: “Kişilər bayramları kamerada qeyd etdiklərini danışırdılar. Qadın təcridxanasında bunu təsəvvür etmək belə mümkün deyil. Bu, qadınların fərqli olmasından yox, onlara nəzarətin daha sərt olmasından irəli gəlir”.
Rusiya Federasiyası Ali Məhkəməsi yanında Məhkəmə Departamentinin məlumatına görə, 2025-ci ildə məhkəmələr 87 305 qadın barədə hökm çıxarıb. Bu göstərici 2018-ci ildən sonra ən yüksək səviyyədir.
Eyni zamanda qadınların ümumi məhkumlar içində payı da ardıcıl şəkildə artıb. Belə ki, məhbus göstəricilərində qadın məhbusların kişilərə olan nisbəti 2021- ə 14,3, 2022-də 14,%, 2023-də – 15,3, 2024-də 16,7, 2025-ci ildə isə rekord sayda yəni, 19,9 faiz olub.
Araşdırma göstərir ki, Rusiyada qadınların cinayət təqibinə məruz qalma səviyyəsi artmaqda davam edir. Bu tendensiya yalnız kriminal statistika ilə deyil, həm də ölkədəki sosial, iqtisadi və siyasi proseslərlə sıx bağlıdır.