Paşinyandan separatçılara ağır zərbə
“Qarabağ hərəkatı bizim üçün fəlakətli səhv idi”
10:08 | 28 iyun 2025 | Şənbə
Məqaləyə 398 dəfə baxılıb
Şriftin ölçüsü
“Qarabağ hərəkatı bizim üçün fəlakətli səhv idi”
Müəmmalı ölümün intihar, yoxsa qətl olması araşdırılır
Paşinyan Karapetyanı məhkəməyə verir
Simonyanın açıqlamaları diplomatik qalmaqala səbəb oldu
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Azərbaycan ətrafında formalaşan iddiaların arxasındakı lobbi kölgəsi
Akopyan seçicilərlə görüşdə Ermənistan baş nazirini müşayiət edib
Ermənistan baş naziri Rusiyapərəst əsas rəqibini necə zərərsizləşdirib?
Azərbaycan dizeli və Rusiya gübrəsi yüklənmişdi
Sərhəd dəyişiklikləri xəritə servislərində görünməyə başladı
Paşinyanla söhbətdə Azərbaycan müqayisəsi təsadüfi deyildi
Ermənistan Baş Prokurorluğu XİN əməkdaşı barədə məhkəmə qərarından narazı qaldı
Kilsə Ermənistan hakimiyyəti üçün siyasi rəqib və ideoloji baryer sayılır
Zaxarovanın tarixi “malalaması” və onun Paşinyana cavabı Rusiyanın özünüifşasıdır...
Ermənistanda katolikosa qarşı “düymə”yə basılıb
Bu müharibədə silah məlumat, müdafiə isə milli şüurdur
Dünənki hadisələr və gecə baş verənlər göstərdi ki, hər iki tərəf üçün geriyə yol yoxdur və 2026 seçkilərində (ola bilsin bəzi dairələr növbədənkənar seçkilərə getmək istəyirlər) qalib gəlməyin əsas ssenarisi indi hazırlanır. 2024-cü ildə Gürcüstanda da siyasi hakimiyyət seçkilərə 1 il və 6 ay qalmış radikal qərarlar verməyə başlayıb. Bu dəfə Paşinyan seçkilərin yaxınlaşmasını gözləmədən əsas rəqib və hələ də Ermənistanda siyasi hakimiyyətdən müstəqil olan kilsəyə qarşı açıq savaşa başlayıb.
Dünən arximandrit Mikayel Ajapahyan Etçmiədzin məbədinin qarşısında saxlanılmalı idi, lakin keşişlərin tərəfdarları onu polisdən müdafiə ediblər. Buna baxmayaraq, axşam saatlarında o məhkəməyə aparılıb və gecə saatlarında 2 aylıq həbs qərarı verilib. Ajapahyan “konstitusiyanın devrilməsi” çağırışı ilə ittiham edilib. Onun özü bu ittihamları rədd edərək, “hakimiyyətin özü ölkə üçün əsas təhlükədir” ifadəsi ilə hökuməti sərt tənqid edib.
Bundan əvvəl 25 iyun 2025-ci ildə başqa bir baş keşiş, Baqrat Qalstanyan, “Qutsal Mübarizə” hərəkatının lideri kimi, terror planları və dövlət çevrilişi ittihamları ilə saxlanılıb . Baqratdan fərqli olaraq Mikayelin həbs olunması Katalikostda daha çox narahatlıq yaradıb, çünki dünənki hadisələr göstərdi ki, Paşinyan onun da arxasınca güc strukturlarını kilsəyə göndərəcək.
Xatırladım ki, Paşinyan 8 iyun tarixində Katolikos II Qaregini nikahsız övlad sahibi olmaqda ittiham edib və istefa verməsini tələb edib – bu, hökumətin kilsəyə qarşı tənqidi tonunu yeni mərhələyə daşıyıb.
Kilsə rəhbərliyi bu addımı Ermənistanın “ruhani birlik”lərini parçalamaq cəhdi kimi qiymətləndirib və dövlətin siyasətinə qarşı durub. Rəhbər keşişlərin çoxu Paşinyanı Qarabağ müharibəsində uduzmaq və torpaq güzəştləri etməklə günahlandırıb.
Bu fonda Ermənistandakı müxalifət partiyaları Paşinyana qarşı etimadsızlıqla bağlı ayrı – ayrılıqda qərarlar verməkdədirlər. Rusiya da hadisələri yaxından izləyir.
18 iyunda rusiyalı-erməni milyarder və “Taşir” Qrupunun sahibi Samvel Karapetyan İrəvanda həbs edilib. O, Ermənistan Cinayət Məcəlləsinin 422‑ci maddəsinin 2‑ci bəndi (hakimiyyətin zorakılıqla ələ keçirilməsi çağırışı) ilə ittiham edilib. Həbslə əlaqədar, Karapetyan iki aylıq həbs-qətimkan tədbiri ilə “Armavir” həbsxanasına göndərilib.
Beləliklə, 44 günlük müharibə ilə Ermənistan dövləti erməni diasporu və erməni kilsəsi arasında tarixdə ilk dəfə dərin çatların əsası qoyuldu. Bu gün Ermənistan adlı dövlətin, onun kilsəsinin Qafqazda hansı şərtlər əsasında müqəddararını davam etdirməsindən söhbət gedir.