vaxtlı-vaxtında oxuyun! Cümə, 2 may 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
GÜNDƏM  
Qarabağdakı keçmiş erməni liderlər fəallaşırlar 09:25 | 2 may 2025 | Cümə Məqaləyə 19 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qarabağdakı keçmiş erməni liderlər fəallaşırlar

Bakı-İrəvan arasındakı danışıqlara təhlükə yaranır

Zaur MƏMMƏDOV

Yayılan məlumatlara görə Robert Köçəryan Ermənistanda N.Paşinyanı devirmək üçün Rusiya ilə aktiv əlaqələrə keçib. Dünən isə, Vitali Balasanyan Kremlə 9 may ərəfəsində müraciət edərək ermənilərin rusların tarixində əhəmiyyətli rol oynadığını və Qarabağ ermənilərinin qayıdışına kömək istəyib. Balasanyan, məktubunda Qarabağ ermənilərinin hüquqlarının qorunması və təhlükəsizliyinin təmin edilməsi məsələlərini gündəmə gətirib.

Vaxtilə Qarabağdakı həmkarlarını yolda qoyaraq İrəvana qaçan Balasanyan bu müraciəti ilə nə qədər alçaq və şərəfsiz olduğunu bir daha göstərib. O, Şahramanyan kimi, özünü təhlükəsiz hiss edən kimi ambisiyalarını bir daha üzə çıxartmağa başlayıb. Yeri gəlmişkən, Rusiyada yaxşı bilməlidirlər ki, ermənilərin onlara tarixən heç bir köməkliyi dəyməyib, əksinə haylar əldə etdiklərinin əksəriyyətində onlara borclu olmalıdırlar. Beləcə. Balasanyan manipulyasiya ilə məşğuldur.

Əlqərəz. Köçəryan və Balasanyanın fəallaşması, Ermənistanın daxili siyasətinin yaxın 2 ildə gərgin keçəcəyinə dəlalət edir. Tezliklə seçkilərin yaxınlaşdığını nəzərə alsaq Rusiyanın vurğu edəcəyi siyasətçinin kim olacağı Ermənistan daxilində intriqanı artırır.

Ermənistan daxilində Paşinyana dəstək daha çox olsa da, sirr deyil ki, xarici qüvvə amili zəif dövlətçiliyi olan cəmiyyətlərdə vacib faktorlardandır. Erməni cəmiyyəti, Köçəryan və Sərkisyanın hakimiyyət dövründəki mənfi təcrübələrini unutmayıb və bu fiqurlara qarşı etimadsızlıq mövcuddur. Lakin, Qarabağ ermənilərinin əksəriyyəti ilə bağlı sorğular aparılmayıb.

Robert Köçəryan, 2025-ci ildə Ermənistanın sabiq prezidenti olaraq, ölkənin daxili siyasətində aktivliyini artırıb. Onun fəallaşması, xüsusilə Nikol Paşinyanın rəhbərliyi ilə əlaqədar müxalifət mövqeyinin gücləndirilməsi məqsədini güdür. Köçəryan Nikol Paşinyanın rəhbərliyini tənqid edərək, ölkənin təhlükəsizlik və iqtisadiyyat sahələrindəki problemləri gündəmə gətirir. Bu fəallaşma, Ermənistanın siyasi mənzərəsində yeni müxalifət hərəkatlarının yaranmasına səbəb ola bilər.

Rusiya və Ukrayna arasında bu il müharibənin bitəcəyi ehtimalının yüksəkliyi fonunda Ermənistanda vəziyyətin gərginləşəcəyinə heç bir şübhə yoxdur. Bu isə avtomatik Bakı və İrəvan arasındakı danışıqlara da təsir edəcək. Vaxt daralır.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)