vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 13 may 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
GÜNDƏM  
PKK-nın ləğvi Türkiyənin qələbəsidir 07:59 | 13 may 2025 | Çərşənbə axşamı Məqaləyə 39 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

PKK-nın ləğvi Türkiyənin qələbəsidir

Mühüm hadisələrin gedişatını izləyək

Zaur MƏMMƏDOV

Xəbər verildiyi kimi, dünən PKK - dan verilən bəyanatda bu terrorçu təşkilatın özünü buraxdığı bildirilir. Abdulla Öcalanın başçılığı altında başlanılan bu proses PKK-nın bütövlüklə ləğvini, bütün növ fəaliyyətin dayandırıldığını, bundan sonra silahlı müqavimətin sona çatdırıldığını ehtiva edir.

Bəyanatda həmçinin Türkiyə parlamentinə, hökumətinə, siyasi partiyalara, QHT-lərə  və KİV-lərə prosesə dəstək verməyə çağırılır.

Proses 22 oktyabr 2024-cü ildə Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalının Öcalanı təşkilatı ləğv etməyə çağırması ilə başlayıb.  Bunun müqabilində o, Öcalana parlamentdə çıxış etmək imkanı verəcəyini və sözdə “ümid hüququ”nun – ömürlük həbsə məhkum edilmiş şəxslərin amnistiyaya arxalanmasını təmin edən mexanizmin tətbiqinə təşəbbüs göstərəcəyini vəd edib. Az sonra DEM Partiyasının (keçmiş HDP) bir qrup nümayəndəsi Öcalanın saxlandığı İmralı adasına səfər edib. Fevral ayında o, sülh üçün rəsmi müraciət edib.

PKK-nın buraxılması prosesi və sonrakı hadisələr mətbuat tərəfindən aşağıdakı kimi proqnozlaşdırılır.

– PKK üzvləri İraqın Süleymaniyyə və Ərbil şəhərlərində BMT-nin nəzarəti altında silahlarını təhvil verəcəklər.

– Təşkilatın 300-ə yaxın yüksək vəzifəli üzvü Cənubi Afrika və Norveç kimi uzaq ölkələrə göndəriləcək. Onların İran, İraq və Suriyaya girişi qadağan olunacaq.

– Cinayət törətməyən əcnəbi PKK üzvləri qayıda biləcəklər.

– Türkiyə vətəndaşı olan 4000-ə yaxın PKK-çı mərhələli şəkildə Türkiyə hakimiyyətinə təslim olacaq.

– Abdulla Öcalan İmralı adasında qalacaq.

– Mövcud qanunvericiliyə əsasən, təşkilatın yaşlı və xəstə üzvləri azad olunacaqlar. Daha sonra amnistiya qanununa parlamentdə baxılacaq.

–  DEM partiyası yenidən təşkil ediləcək, lakin nizamnamə sənədlərində PKK-dan bəhs edilməyəcək.

– Həmçinin PKK ilə əlaqədə ittiham olunaraq vəzifəsindən uzaqlaşdırılan bələdiyyə başçılarının bərpası məsələsi də gündəmdə olacaq.

– Təşkilatın fərqli ad altında dirçəliş riskini nəzərə alsaq, Türkiyə uzun müddət bölgədə hərbi varlığını qoruyacaq.

– Suriyaya gəlincə, YPG-nin taleyi Dəməşq hökuməti ilə birgə həll olunacaq: əcnəbi döyüşçülər ölkəni tərk edəcək, qalanlar isə Suriya ordusunun sıralarına inteqrasiya olunacaq.

Bütün prosesin ABŞ və Fransa kimi xarici qarant dövlətlərin iştirakı olmadan müstəsna olaraq Türkiyə daxilində həyata keçiriləcəyi ayrıca vurğulanır.

Yaxşı xəbərdir. Proseslərin ardını gözləyək.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)