
Həftədə 48 saatlıq iş
Hökumət sərbəst iş qrafiki ilə yanaşı iş müddətini artırmağı düşünür
Hökumət sərbəst iş qrafiki ilə yanaşı iş müddətini artırmağı düşünür
“BMW” avtomobillərinin motorunda problem aşkarlanıb
Rusiyadan Almaniyaya sərt ittiham
Almaniya Rusiyanın təhdidinə qarşı silahlanma yarışına girir
Almaniyada iflaslar son 10 ilin ən yüksək səviyyəsində
700 işçinin gələcəyi hələ də qeyri-müəyyəndir
Almaniya parlamentinin deputatının toxunulmazlığı qaldırıldı
Baş nazir Merz və nazirlərin mobil nömrələri internetdə yayıldı
Ekspertlər siyasəti günahlandırır
Sentyabrın 11-də ölkə boyu həyəcan siqnalı sınaqdan keçiriləcək
Sağlamlıq riski daşıyan məhsul mağazalardan yığılır
Partiya daxilində uzun illər davam edən müzakirələr yekunlaşdı
Almaniya hökuməti yeni qaydaları təsdiqlədi
Almaniya dəmiryolu vağzalları Avropanın ən pisləri seçildi
Avropada sığınacaq müraciətləri azaldı
Məhkəmə sərt reaksiya göstərdi
Beləliklə, Almaniyada parlament seçkiləri geridə qaldı. Baş nazir postu və parlamentdə çoxluq Xristian Demokrat Birliyi (CDU) və Xristian Sosialistlər Birliyi (CSU) nın əlinə keçdi.
Almaniyada hər seçici iki səs verir. “Erstimme” adlanan birinci səsi vətəndaş seçki dairəsi üzrə birbaşa namizəd üçün verir və ən çox səs alan namizəd Bundestaqa üzv seçilir. “Zweitstimme” adlanan ikinci səs isə partiyalara verilir və parlamentdə partiyaların təmsilçiliyini müəyyən edir. Partiya Bundestaqa daxil olmaq üçün ən azı 5 faiz səs toplamalı və ya 3 birbaşa mandat qazanmalıdır. Ölkənin seçki sistemində ötən il aparılan islahatlardan sonra təşkil olunan bu ilk səsvermə nəticəsində parlamentdə deputat sayı 733-dən 630-dək azalacaq.
Qalib gələn CDU/CSU əsasən kiçik sahibkarlar, fermerlər, kənd və rayonların sakinləri tərəfindən dəstəklənir. XX əsrdə bir neçə dəfə hakimiyyətə gələn partiyanın tanınmış liderləri içərisində Angela Merkeli deyə bilərik. Yəqin ki, əhalinin daha çox hissəsinin bu partiyaya səs verməsinin səbəbləri arasında başda elə bu faktor dayanır. Çünki Merkel dövründə Almaniya Avropa Birliyində (AB) birinci dövlət olmaqla yanaşı dünyada vacib beynəlxalq aktor sayılırdı. Bəlkə də son 100 ildə ilk dəfə olaraq məhz Merkelin dövründə Almaniya Qərbin əsas söz sahibi dövlətlərindən birinə çevrildi. Şolz dövründə isə, AB-də liderlik Fransaya qayıtdı və istər ümumavropa məsələlərində, istərsə də Ukrayna mövzusunda Berlin kifayət qədər zəif təəssürat bağışlayırdı.
Bəs bu dəfə CDU-CSU lideri olan Fridrix Merz kimdir?
Almaniya kanslerinə namizəd Fridrix Merz ABŞ-dan müstəqilliyi prioritet adlandırır.
Bundestaq seçkilərində liderlik edən Merz ABŞ-ın Ukraynanın gələcəyinə “nisbətən biganə” olduğunu bəyan edib. O əlavə edib ki, İlon Mask və Vaşinqtonun Almaniya seçkilərinə müdaxiləsi Moskvanın müdaxiləsindən heç də az kəskin və qəddar olmayıb.