
Nepalda korrupsiyaya qarşı üsyan
Parlament yandırıldı, ordu küçələrə çıxdı
Parlament yandırıldı, ordu küçələrə çıxdı
Nepal, Banqladeş və Şri Lankada xalq liderləri devirdi
Şiddətli etirazlarla çalxalanan ölkədə qeyri-rəsmi fövqəladə vəziyyətdir
Sosial media qadağası baha başa gəldi, Nepal Baş naziri istefa etdi
Polisin motokuryeri öldürməsi İndoneziya prezidentinin açıqlama verməsinə səbəb oldu
Dünyanın ən hündür nöqtəsinə qalxmaq üçün öncə kiçik zirvələrdə məşq etmək şərti qoyulur
“Boeing” müdafiə zavodunda 30 ildən sonra ilk dəfə tətil
Keniyada hökumət əleyhinə küçə etirazları davam edir
Berlində məktəbdə asılan göy qurşağı bayrağı böhrana səbəb olub
Etirazlarda ölənlərin sayı 16-ya yüksəldi
“Banan respublikasında” fövqəladə vəziyyət
Şəhərin mərkəzində saat 20:00-dan 06:00-a qədər ...
Argentinada keçirilən aksiyada polis toqquşma baş verib, yaralananlar var
50 nəfər etirazçı həbs edib, bir polis ağır yaralanıb
Uşaq bağçaları, məktəblər və ictimai nəqliyyat dayanır
Mileinin iqtisadi siyasəti Cənubi Amerika ölkəsində toqquşmalara səbəb oldu
Cəmi bir neçə gün əvvəl Nepalın baş naziri Xadqa Prasad Şarma Oli Çində Şanxay Əməkdaşlıq Təşkilatının sammitində qonaq olub, burada Çin prezidenti Si Cinpinlə görüşüb və digər liderlərin əhatəsində nahar edib. Bu gün isə artıq Nepal siyasi elitası bütövlükdə kütlədən qaçaraq hərəsi öz canının hayındadır.
Nepalda inqilab çox sürətli və uğurlu oldu – izdihamın hökuməti belə tez devirməsi nadir hallardan biridir. Misirdə Hüsnü Mübarək – 18 gün, Liviyada Qəddafi – 8 ay, Tunisdə Zinəlabidin bin Əli – 4 həftəyə. Deməli Nepal bu məsələdə dünya rekordçusudur. İndi müxtəlif dünya mediası və ekspertləri inqilab üçün ilkin şərtlərin uzun müddət necə mövcud olmasından, ölkədə ciddi iqtisadi problemlər olduğundan, siyasi repressiyalardan danışacaqlar.
Yeri gəlmişkən, ərəb baharı və Asiyada baş verən bütün digər inqilablar göstərdi ki, sonrakı hakimiyyətlər siyasi, iqtisadi və sosial idarəetmədə görüntünü dəyişsələr də, əslində əməli addımların atılmaması bu sahələrdə hansısa proqressə gətirib çıxartmadı. Məlum məsələ idi ki, ərəb baharının baş tutmasının səbəbi ərəb dünyasında kifayət qədər güclənmiş liderləri devirmək və bölgədə qeyri-sabitlik yaradaraq ümumərəb mərkəzinin formalaşmasına imkan verməmək idi. Belə də oldu. Bugünkü hadisələr bunun bariz nümunəsidir.
Bəs Nepaldakı hadisələr nəyin göstəricisidir? Hər bir inqilabın bir "səbəbi" olur. Nepalda hakimiyyətin sosial şəbəkələrdən istifadəyə tətbiq etdiyi qadağa insanların küçələrə çıxması və Z nəslinin inqilab etməsi ilə nəticələndi. Ancaq mən kütlənin kor-koranə şəkildə bunu bacarmasına inanmıram. İstər ərəb baharında, istər rəngli inqilablarda kütlə məhz özünün hakimiyyəti dəyişməyə müyəssər olduğunu düşünsə də, əslində kütlə alətdir və özü də bilmədən qurban rolunu oynayıb.
Nepalda baş verənlərdə daxildə monarxiyanın bərpasını istəyən bəzi hərbi - siyasi qruplar maraqlı olsalar da, xarici iz haqqında da düşünməyə dəyər.
Son aylarda ciddi şəkildə Çin və Hindistanın uzun illərdən sonra yaxınlaşması hiss olunmaqdadır. Hətta, ŞƏT-in son konfransında hər iki ölkənin liderləri ilk dəfə olaraq publikada bir-biri ilə çox mehriban idilər. Həmin çıxışlardan cəmi bir neçə saat sonra Tramp Rusiya, Hindistan və Çin haqqında sosial şəbəkədəki səhifəsində paylaşım da etmişdi.
Hər bir halda, istər daxili, istərsə də xarici qüvvələrin bu kimi proseslərin arxasında olması şübhəsizdir. Deməli, belə anlarda hər bir fərd siyasi proseslərin obyekti yoxsa subyekti olmasını özü seçməlidir. Təbii ki, əgər seçməyə imkanı varsa....
Nepaldakı hadisələrdə, rəngli inqilablarda və ərəb baharında olduğu kimi kütlənin işıqlı gələcəyə inamı üzərində manipulyasiya olunması açıq - aşkardır. Freyd nəzəriyyəsinə görə, şüuraltı duyğular – ədalətsizlik hissi, məyusluq, dövlətə güvənsizlik – davranışlara birbaşa təsir edir. Nepal gəncliyi məhz bu psixoloji gərginliklərin təsiri ilə kütləvi şəkildə küçələrə çıxdı.
Əksəriyyət monarxiyanın qayıtması şüarlarını küçələrdə səsləndirir. Bunun da psixoloji izahı var, lakin məntiqi izahı yoxdur ( çünki həmin dövrdə vəziyyət indikindən fərqlənmirdi). Şüuraltı olaraq “atalıq fiquru” kimi kral obrazı, xaos və qeyri-sabitlik şəraitində insanlar üçün təhlükəsizlik və nizam simvoluna çevrilir.
Tarixi təcrübə göstərir ki, inqilablar və kütləvi etiraz hərəkatları çox zaman daxili sosial-siyasi problemlərin məhsulu olsa da, xarici güclərin müdaxiləsi nəticəsində daha geniş miqyas alır. Bernaysın “propaqanda” konsepsiyasına əsasən, ictimai rəy “görünməz mexanizmlər” vasitəsilə formalaşdırıla bilər və bu, həm daxili elita, həm də xarici aktorlar tərəfindən həyata keçirilə bilir.
Beləliklə, biz siyasi texnologiyaların tətbiqinin bu dəfə Nepalda tətbiqini görmüş olduq. Dünya gücləri arasında davam etməkdə olan mübarizə Avrasiyanın hər nöqtəsində amansız mübarizəyə çevrilir.