
Mərakeşdə etirazlar nəzarətdən çıxdı
Hökumət əleyhinə aksiyalarda iki nəfər öldürüldü
Hökumət əleyhinə aksiyalarda iki nəfər öldürüldü
Mərakeşdə son illərin ən böyük etirazlarına “Z” nəsli damğa vurdu
Nepaldakı hadisələrin kökündə dayanan əsl səbəblər nələr idi?!
Ölkəyə İlk qadın baş nazir gəlir
Rəhbərlər “Z nəsli” ilə masaya oturur
İzdihamın hökuməti belə tez devirməsi nadir haldır
Parlament yandırıldı, ordu küçələrə çıxdı
Şiddətli etirazlarla çalxalanan ölkədə qeyri-rəsmi fövqəladə vəziyyətdir
Sosial media qadağası baha başa gəldi, Nepal Baş naziri istefa etdi
Hökumət binaları yandırılıb, ölənlər var
18 milyon dollara lüks hotelə çevrildi
İndoneziyadan idxal edilən karidesdə sezyum-137 tapılıb
“Boeing” müdafiə zavodunda 30 ildən sonra ilk dəfə tətil
Etirazlar Kiyevi qərarını dəyişməyə məcbur etdi
Bali adası cinayət qrupları üçün cazibə mərkəzinə çevrilə bilər
Keniyada hökumət əleyhinə küçə etirazları davam edir
İndoneziya paytaxtı Cakarta şəhərində millət vəkillərinin maaşlarının yüksəkliyinə etiraz edənlərin arasına polis avtomobili daxil oldu. Nəticədə 21 yaşlı “motokuryer” öldü, etiraz hökuməti sarsıdan üsyana çevrildi.
Affan Kurniavanın ölümü paytaxtda küçələrində qarışıqlıq yaradıb. Nümayişlərin zorakılığı ölüm xəbəri yayılmaqla daha da artıb. Etirazlar zamanı polis bölmələrinin də daxil olduğu bəzi dövlət binaları yanıb.
İndoneziya Dövlət başçısı Prabovo Subianto yayımladığı video mesajında Affanın ölümü ilə əlaqədar ailəsinə “dərin başsağlığı” verib.
Hadisə yerində xidmət edən polis əməkdaşlarının “həddindən artıq hərəkətlərini” qınadığını bildirən Prabovo Affanın ölümü ilə bağlı geniş və şəffaf araşdırma aparılması çağırışı edib: “Əgər qanunalara zidd və uyğun olmayan davranış müəyyən olunarsa, qanunvericiliyə uyğun olaraq ən sərt cəza tətbiq olunacaq”.
Yerli mediaya görə, motokuryenin ölümündən sonra başlayan araşdırma çərçivəsində 7 polis əməkdaşı saxlanılıb.
Bu nümayişlər, təxminən bir ildir hakimiyyətdə olan Dövlət başçısı Prabovo Subianto üçün ən böyük imtahan hesab edilir.