
Göydə nəhəng kül buludu
Vulkan püskürməsi adada həyəcan yaratdı, təyyarə reysləri təxirə salındı
Vulkan püskürməsi adada həyəcan yaratdı, təyyarə reysləri təxirə salındı
Bəşəriyyətin mənşəyini dəyişdirəcək tarixi şəhər kəşf edilib
Daha bir “Boeing” qalmaqalı – təyyarədə olanlar ölümdən döndü
İnsanlar parlamentə basqın etməyə cəhd etdilər
2,4 kilometr hündürlüyə kül və tüstü səpib
19 milyard dollarlıq bərpaolunan enerji layihəsi üçün icazə veririldi
Vaşinqton Seula 3,5 milyardlıq hücum helikopterləri satdı, Avstraliya-İndoneziya saziş imzaladı
12 min insan təxliyə edilib, 7 hava limanında uçuşlar dayandırılıb
İğtişaşda ölənlərin sayı 174-ə çatdı
Bir çoxu işğalçı müharibədə Rusiyanı qınayır, digərləri haqq qazandırır
Çinin Cənubi Sakit Okean üçün son oyunu niyə indi əhəmiyyətlidir?
Çinin borcunu qaytara bilməyənlər ağır şərtləri ilə üzləşirlər
İndoneziya “Su-35” əvəzinə “Rafale”ni seçdi
Azərbaycana gələn əcnəbilərin maraqlı statistikası
«İslam Müdafiəçiləri Cəbhəsi» «genişmiqyaslı əməliyyat» keçirməklə hədələdi
17 min adanın bəzisi inanılmaz dərəcədə gözəldir
İndoneziyanın Bali adasında pandemiyadan sonra gələn turistlərin “keyfiyyəti” aşağı düşüb. Daha çox rəqəmsal köçərilər və az büdcəli turistlərin adaya üz tutması infrastruktur üzərində təzyiq yaradır və bu da cinayət hadisələrinin çoxalmasına gətirib çıxarır.
“Vaxt.az” xəbər verir ki, keçən il 226 xarici turistin cinayətə qarışdığı qeyd olunur ki, bu da 2023-cü ilə nisbətən 16 faiz artımdır. Cinayətlər arasında kibercinayətlər, narkotik, zorakılıq və torpaq dələduzluğu kimi hallara rast gəlinir.
Son vaxtlar Melburndan olan 32 yaşlı Avstraliyalı Zivan Radmanoviçin villada öldürülməsi gündəmdədir. Polis bildirir ki, hadisəni törədənlər arasında iki Avstraliyalı və onlara kömək edən başqa birisi var. Onlara qarşı cinayət işi açılıb, təqsirləri sübuta yetərsə ölüm cəzası ala bilərlər.
Bali sakinləri və siyasətçiləri vəziyyətdən narahatdır. Golkar Partiyasından Aqunq Baqus Pratiksa Linqqi adaya gələn turistlərin keyfiyyətinin aşağı düşməsini, bunun əsas səbəbi kimi qanunsuz pansiyonların artmasını göstərir.
Munqqu kəndinin bələdiyyə sədri Ketut Darta bu il kənddə 400 yeni villanın tikildiyini və əksərinin xaricilərə məxsus olduğunu bildirir. Sədr inşaatların kənddəki kənd təsərrüfatı torpaqlarını məhv etdiyini vurğulayır.
İndoneziya Universitetindən kriminoloq Adrianus Meliala isə demoqrafik dəyişikliklərin, uzun müddətli xarici sakinlərin və bəzilərinin öz cinayət şəbəkələrini gətirməsinin vəziyyəti pisləşdirə biləcəyi barədə xəbərdarlıq edir. Həmçinin, hüquq-mühafizə orqanlarının məhdud resursları səbəbindən hadisələrə müdaxilədə çətinlik çəkdiyini və Balinin cinayət qrupları üçün cazibə mərkəzinə çevrilə biləcəyini bildirir.