Şərif ABŞ-İran danışıqları üçün bölgəyə gedir
Pakistan Baş naziri Türkiyə Prezidenti ilə də görüşəcək
13:03 | 22 iyul 2025 | Çərşənbə axşamı
Məqaləyə 927 dəfə baxılıb
Şriftin ölçüsü
Pakistan Baş naziri Türkiyə Prezidenti ilə də görüşəcək
“Danışıqlar hərbi bazada keçirilə bilər”
“İndiyə qədər görünməmiş miqyasda cavab veriləcək”
Hörmüz boğazı – dünya iqtisadiyyatının “qida borusu”
İranın ali lideri Trampla necə razılaşdı
Dünən gecə saatlarında tarixi siyasi mesajlaşma trafiki yaşanıb
ABŞ prezidenti İrana verilən vaxtın bitməsinə 1 saat qalmış müjdəni verdi
Şahbaz Şərif Trampdan müddəti uzatmasını, İrandan isə Hörmüzü açmasını istədi
Vaşinqton vasitəçi təşəbbüsünü qulaqardına vurur
Pakistan Vaşinqton–Tehran danışıqlarında vasitəçi rolunu gücləndirdi
Ankara–İslamabad xətti...
25 milyard dollarlıq hərbi tədarük planı təsdiqləndi
Bu nəqliyyat layihəsi yenidən müzakirə predmetidir
Çin isə Trampın əsas tələbləri ilə razılaşmadı, əksinə ...
Pakistan: “Şərtlərimiz qəbul edilərsə, Əfqanıstan rəhbərliyi ilə danışıqlara hazırıq”
Tramp yenə özünü qabağa verəcəkmi?
Hindistanla Pakistan arasında may ayında yaşanan dörd günlük gərginlikdə Hindistanın bir neçə döyüş təyyarəsini itirdiyi iddia edilir. Hindistan rəsmiləri bu iddiaları tam təsdiqləməsələr də, xarici hərbi müşahidəçilər ən azı bir “Rafale” də daxil olmaqla beş təyyarənin məhv edildiyini bildirir.
Vaxt.az xəbər verir ki, sözügedən hadisə 7 mayda Hindistanın şimalındakı Akalia Kalan kəndində baş verib. Sakinlər göydə bir alov topunun düşdüyünü müşahidə etdilər. Yerdəki dağıntılar bir döyüş təyyarəsinə aid idi. Təyyarədən atılan İki pilot yaralı halda tapıldı.
Çin Pakistanın əsas silah təchizatçısı kimi bu qarşıdurmada mühüm rol oynayıb. Pakistanın “J-10” döyüş təyyarələri və “PL-15” raketlərinin üstünlüyü bu ssenaridə diqqət mərkəzindədir. Çin, həmçinin Pakistana real vaxtda radar və hədəf məlumatları təqdim etməklə üstünlük qazandırmış ola bilər.
Hindistanın strateji səhvi
Hindistan Silahlı Qüvvələrinin səlahiyyətli şəxsləri etiraf ediblər ki, qarşıdurmanın ilk gecəsində taktiki səhvlər buraxılıb. Müdafiə ataşesi Şiv Kumarın dediyinə görə, siyasi rəhbərlik Hindistan hava qüvvələrinə yalnız militant mövqelərini vurmağı əmr edib. Bu məhdudiyyət bir neçə təyyarənin itirilməsinə səbəb olub.
Bəzi xarici müşahidəçilər hesab edirlər ki, Hindistan “Rafale” təyyarələrini “Meteor” tipli raketlərlə təchiz etməyib və ya Pakistan silahlarına qarşı yetərli elektron mübarizə sistemlərinə malik olmayıb. Üçüncü bir ehtimal isə Hindistanın “missiya məlumatları” çatışmazlığı ilə bağlıdır – yəni, Pakistanın əməliyyat planlarını necə aşkar etdiyini və buna cavab vermə metodlarını Hindistan əvvəlcədən təhlil edə bilməyib.
***
“Rafale” istehsalçısı “Dassault Aviation” Pakistanın üç “Rafale” təyyarəsini vurduğu iddialarını “tamamilə yalan” adlandırıb. Şirkət rəhbəri Erik Trappier bildirib ki, “həqiqət açıqlansa, bir çox insan təəccüblənəcək”. Lakin Fransa parlamentinin bəzi üzvləri bu məsələ ilə bağlı hökumətin aydın mövqe ortaya qoymasını tələb edir.