Astana Kremlin təhdidindən qorxdu
Tokayev: “Türk Dövlətləri Təşkilatı hərbi ittifaqa çevrilməməlidir”
15:11 | 8 aprel 2026 | Çərşənbə
Məqaləyə 139 dəfə baxılıb
Şriftin ölçüsü
Tokayev: “Türk Dövlətləri Təşkilatı hərbi ittifaqa çevrilməməlidir”
“Qlobal neft ehtiyatları rekord sürətlə azalır”
Minlərlə tələbə başqa ali məktəbə köçürülür
Xameneyinin adından yayılan açıqlama təkzib edildi
Xameneyinin adından yayılan açıqlamadan sonra enerji bazarında sıçrayış baş verdi
ABŞ kəşfiyyatının hesabatı ilə CENTCOM-un açıqlamaları ziddiyyət təşkil edir
Ermənistandan vacib Türkiyə həmləsi
Super ulduz Türkiyə milli komandası üçün yeni marş bəstələyir?
Ağ Evin əməkdaşını yerə yıxıb başını yardılar, jurnalistləri tualetə buraxmadılar
Körfəz ölkələrindən İrana və onun regional terror təşkilatlarına qarşı üç sərt addım
Qara qızıl təchizat problemləri ilə bağlı narahatlıqları fonunda həftəni artımla başa vurmağa hazırlaşır
İllərdir davam edən danışıqlar nəticə verdi
Çin Baş naziri Donald Trampı müşayiət edən amerikalı iş adamları ilə görüşdü
“Yox” demirlər, amma nəticə də yoxdur
ABŞ–Çin münasibətlərində “yeni səhifə” mesajları
Çin-ABŞ münasibətləri “qaçılmaz müharibə”dir yoxsa, “idarə olunmalı rəqabət”?
Atəşkəsin əldə olunmasında 3 dövlətin – Pakistan, Türkiyə və Çinin rolu olub. Bu 3 dövlət davamlı olaraq müharibəni dayandırmağa və tərəfləri danışıqlara başlamağa təşviq edirdi. Tərəflər arasında razılaşma məqsədilə Pakistanda danışıqlar başlaya bilər. İslamabad müharibənin davamından ən çox narahat olan ölkələrin başında gəlir.
Bunun bir neçə səbəbi var. Birincisi, Pakistan Səudiyyə Ərəbistanının hərbi-siyasi müttəfiqidir. İki ölkə arasında 2015-ci ilin sentyabr ayında imzalanan “Birgə Strateji Müdafiə Sazişi” mövcuddur. Sazişə görə, Səudiyyə Ərəbistanına hücum halında Pakistan müttəfiqinə əməli dəstək verməlidir və tərsinə. Ona görə də, İran Səudiyyə Ərəbistanına raket və pilotsuz uçuş aparatları atdıqda İslamabad çətin vəziyyətdə idi. Pakistan sazişə riayət etməli, ancaq eyni zamanda İranla müharibənin risklərini hesablamaq məcburiyyətində idi. İkincisi, İslamabad müharibədən faydalanmaq istəyən silahlı bəlucların iki ölkə sərhədində gərginlik yaradacaqlarından ehtiyat edirdi. İslamabadı müharibəni dayandırmaq məqsədlə Vaşinqton və Tehranla sıx dialoqu davam etdirməyə məcbur edən üçüncü səbəb də var idi. İranın ali dini lideri Əli Xameneyinin öldürülməsindən sonra Pakistanın şiə müsəlman icması etirazlara başladı. Nümayişçilər hücumları pislədilər və “Amerikaya ölüm” və “İsrailə ölüm” şüarları ilə İranla həmrəyliklərini ifadə etdilər. Etirazçılar həmçinin Pakistan hökumətini münaqişə zamanı ABŞ-ın tərəfini tutmaqda günahlandırdılar. Etirazçılar ABŞ-ın Karaçidəki konsulluq binasına daxil olmağa çalışdılar, polislə toqquşma nəticəsində etirazçılar arasında ölən və yaralananlar oldu. Ona görə də İrana qarşı müharibənin dayandırılması Pakistan üçün həyati əhəmiyyət daşıyırdı.
Pekin də müharibənin dayandırılmasına çalışırdı. “Associated Press” agentliyinin məlumatına görə, Pekin Tehranı ABŞ-la atəşkəs razılaşmasına inandıra bilib. Buna baxmayaraq, “Bloomberg” agentliyinin məlumatlına görə, Pekində hesab edirlər ki, ABŞ İran neftinin satışı üzərində nəzarət istəyindən əl çəkməyib və bu siyasət Çinə qarşı yönəlib. Halbuki, atəşkəs razılaşmasına görə, Vaşinqton İrana öz neftini satmağa mane olmayacaq. Digər tərəfdən Hörmüz boğazının tankerlərin hərəkəti üçün açılması Çin üçün əhəmiyyətlidir. Hər halda Çin neft ehtiyatlarını artırmağa çalışacaq ki, dünyanın müxtəlif bölgələrindəki müharibələr ölkənin enerji imkanlarını tükəndirməsin.
Pekin və Moskva bundan sonra İrandakı rejimin müharibədən əvvəlki hərbi gücünün bərpasına çalışacaqlar. İran neft əvəzinə Rusiya və Çindən hərbi texnika almağa çalışacaq. Halbuki, İranın ötənilki müharibədən sonra Çindən aldığı hava müdafiə sistemləri işə yaramadı. ABŞ və İsrail müharibənin ilk günlərində Çindən alınan hava müdafiə sistemlərini dağıtdılar.