İranda ardıcıl partlayışlar – VİDEO
Şiraz hava limanında uçuşlar dayandırıldı
11:56 | 15 may 2026 | Cümə
Məqaləyə 86 dəfə baxılıb
Şriftin ölçüsü
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
Qara qızıl dünənki ucuzlaşmada itirdiklərini qaytardı
Raket qurğuları və mina qayıqlarına zərbə endirilib
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Küveyt və Bəhreyn son günlərdə İran, daha dəqiq İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) regiondakı terror şəbəkələrinə qarşı təhlükəsizlik və hüquq müstəvisində mühüm addımlar atıblar.
VAXT.AZ xəbər verir ki, bu addımlar Körfəz ölkələrinin öz təhlükəsizlik və suverenlik məsələlərində kompromisə getməyəcəyini nümayiş etdirir. Eyni zamanda, region dövlətlərinin sabitliyi təhdid edən hər hansı fəaliyyətə qarşı koordinasiyalı şəkildə hərəkət etməyə hazır olduqlarını göstərir.
BƏƏ Livandakı İranın dəstəklədiyi “Hizbullah” ilə əlaqəli 21 nəfər və qurumu yerli terror siyahısına daxil edib. Siyahıya 16 Livan vətəndaşı və Livanda qeydiyyatdan keçmiş beş təşkilat salınıb. Qərara əsasən, həmin şəxslər və qurumlarla əlaqəli bütün aktivlər 24 saat ərzində dondurulmalıdır.
Küveyt Daxili İşlər Nazirliyi dəniz yolu ilə ölkəyə daxil olmağa çalışan və SEPAH ilə əlaqəli olduğu bildirilən dörd nəfərin saxlanıldığını açıqlayıb. Hadisə Bubiyan adası yaxınlığında baş verib. Rəsmi Küveyt bu hadisəni ölkənin suverenliyinə qarşı düşmən addımı kimi qiymətləndirib.
Bəhreyndə isə məhkəmə SEPAH-a casusluqda təqsirləndirilən üç nəfərə ömürlük həbs cəzası verib. İş üzrə digər təqsirləndirilən şəxslərə müxtəlif müddətli həbs cəzaları və maliyyə sanksiyaları tətbiq olunub.
Analitiklər hesab edirlər ki, bu qərarlar Körfəz monarxiyalarının İranın regiondakı fəaliyyətini daha ciddi təhlükə kimi qəbul etdiyini göstərir. Son addımlar həm də Vaşinqtonla təhlükəsizlik əməkdaşlığının gücləndiyi bir dövrdə regional təhlükəsizlik strategiyasının sərtləşdiyini ortaya qoyur.