Tokio ilk dəfə Bakıdan neft aldı
Azərbaycan neftini daşıyan tanker Yaponiyaya çatıb
21:49 | 3 iyul 2025 | Cümə axşamı
Məqaləyə 441 dəfə baxılıb
Şriftin ölçüsü
Azərbaycan neftini daşıyan tanker Yaponiyaya çatıb
... Yaxud Kreml üçün qorxulu diaqnoz
Simonyanın açıqlamaları diplomatik qalmaqala səbəb oldu
İtaliya–Azərbaycan: enerji və nəqliyyat xətləri üzərində strateji tərəfdaşlıq güclənir
Meloni: “İtaliya–Azərbaycan tərəfdaşlığı enerji və təhlükəsizlik sahəsində gücləndiriləcək”
İtaliyalı senator Simona Petrucci: “İtaliya qlobal risklərə qarşı daha dayanıqlı olmalıdır”
Azərbaycan ətrafında formalaşan iddiaların arxasındakı lobbi kölgəsi
Rusiyada azərbaycanlı barədə məhkəmə qərarı verildi
Mavi yanacaq satdığımız 16 ölkənin 10-u Aİ üzvüdür
Azərbaycan dizeli və Rusiya gübrəsi yüklənmişdi
Sərhəd dəyişiklikləri xəritə servislərində görünməyə başladı
5 ay əvvəl Azərbaycandan Türkiyəyə uçarkən qəzaya uğrayan təyyarə ilə bağlı yeni kritik detal
Yaxın Şərqdə risklərin artması fonunda Avropaya gedən neftin bir hissəsinin Asiyaya yönləndirilməsi planlaşdırılır
Ermənistan Baş Prokurorluğu XİN əməkdaşı barədə məhkəmə qərarından narazı qaldı
Siyasi etikadan uzaq insan 86 milyonu təmsil edə bilərmi?
Həbs edilən cinayətkarların əmlakı müsadirə olundu
ABŞ Prezidenti Donald Tramp beynəlxalq aləmin müxtəlif mövzularına maraq göstərir. Bu mənada Tramp administrasiyasının Zəngəzur dəhlizinə nəzarət və yük tranzitinin monitorinqi funksiyasının amerikalı şirkətə verilməsini nəzərdə tutan planı barədə xəbər saytlarda geniş yayılıb. Vaşinqtondakı adı çəkilməyən mənbənin bildirdiyinə görə, bu təşəbbüs Rusiyanı həm danışıqlar prosesindən, həm də dəhlizin icrasından tamamilə kənarda qoymaq məqsədi daşıyır. Mənbəyə istinadən yayılan xəbərdə Vaşinqtonun təşəbbüsünün Azərbaycan və Ermənistan üçün daha bir faydası belə təqdim olunub: “ABŞ-ın iştirakı Azərbaycanın uzunmüddətli təhlükəsizlik təminatı tələblərini qarşılayır və Ermənistanın dəhliz üzərində suverenliyini qoruyur”.
Ağ Evdən və Dövlət Departamentindən yayılan xəbərlə bağlı şərh verilməyib. Ancaq böyük ehtimalla Vaşinqton adı çəkilməyən mənbənin yaydığı xəbər vasitəsilə Azərbaycanın, Ermənistanın, Türkiyənin və Rusiyanın nəbzini yoxlayır. Azərbaycan və Ermənistan Rusiyanın Zəngəzur dəhlizinə nəzarət etməsini istəmir. Eyni zamanda ABŞ-ın da Zəngəzur dəhlizinə nəzarətinə bölgə ölkələrinin ehtiyacı yoxdur. Söhbət qısa məsafədən gedir və Zəngəzur dəhlizini Azərbaycan və Ermənistan daxili resursları hesabına inşa edə bilərlər. Digər tərəfdən dəhlizlə əsas daşınacaq yüklərin sahibi Çin də ABŞ-ın Zəngəzur dəhlizinə nəzarət etməsini istəməz. ABŞ-ın dəhlizə nəzarət etməsi halında Çin öz mallarının daşınmasında bu marşruta üstünlük verməyəcək. Türkiyə də Çinlə eyni mövqedə olar. Bir sözlə Rusiyanın, ABŞ-ın və ya Avropa Birliyinin Zəngəzur dəhlizinə nəzarət etməsi bölgə ölkələrinin maraqlarına cavab vermir.