Paşinyan seçkilərdə qalib gəldi ...
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
16:46 | 14 may 2025 | Çərşənbə
Məqaləyə 294 dəfə baxılıb
Şriftin ölçüsü
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
Azərbaycanın qazandığı sülh və Cənubi Qafqazın yeni tarixi
Paşinyanın partiyası açıq üstünlük qazandı, amma cəmiyyət sülh və qeyri-müəyyənlik arasında ikiyə bölünür
Ermənistan baş nazirinin partiyası Rusiyapərəst qüvvələrin topladıqlarının cəmindən çox səs qazandı
İrəvandan çox Bakını düşündürən siyasi proses
Kreml “tərəfdaşlarını” da yerinə qərar verir
... Yaxud Mütəllibovun son xidməti
“Qarabağ hərəkatı bizim üçün fəlakətli səhv idi”
Paşinyan Karapetyanı məhkəməyə verir
Akopyan seçicilərlə görüşdə Ermənistan baş nazirini müşayiət edib
Ermənistan baş naziri Rusiyapərəst əsas rəqibini necə zərərsizləşdirib?
Paşinyanla söhbətdə Azərbaycan müqayisəsi təsadüfi deyildi
Ermənistan baş naziri Azərbaycanın ərazi bütövlüyünü tanımasaydı, Putin hərbçiləri Qarabağdan çıxarmayacaqdı
Kilsə Ermənistan hakimiyyəti üçün siyasi rəqib və ideoloji baryer sayılır
Zaxarovanın tarixi “malalaması” və onun Paşinyana cavabı Rusiyanın özünüifşasıdır...
Ermənistanda katolikosa qarşı “düymə”yə basılıb
Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə son çıxışı zamanı keçmiş prezidentlər Robert Köçəryanı və Serj Sərkisyanı korrupsiyaya qurşanmaqda ittiham edərək, onların həbs olunmamalarını lütfkarlıq kimi qiymətləndirdi.
Paşinyan bunu ona görə səsləndirdi ki, radikal müxalifət baş nazirə qarşı eyni ittihamlarla çıxış edir. Paşinyan isə topu radikalların meydanına atdı. Əslində Köçəryan və Sərkisyan korrupsiya ilə yanaşı Qarabağda separatçılığa başlamaqla, Azərbaycan ərazisində qətliamlar törətməklə və nəticədə Ermənistanı və erməniləri faciəyə sürüklədiklərinə görə məhkum olunmalıdırlar. Robert Köçəryan Paşinyana cavab vermək əvəzinə oğlu Levonu qabağa verib. Levon Köçəryan parlamentdəki çıxışı zamanı Paşinyan və onun komandasının ünvana ağır ittihamları təkrarlayıb, nəticədə dava düşüb və o qorxusundan parlamenti tələsik tərk edib.
Bu arada, Ermənistan prokurorluğu keçmiş müdafiə naziri Seyran Ohanyanın oğluna qarşı cinayət işi açıb. Məlum olub ki, İkinci Qarabağ müharibəsi zamanı Artur Ohanyan komandanlığın tapşırığını yerinə yetirməyərək döyüş mövqeyindən qaçıb. Atası da müharibə zamanı Qarabağa gələrək, mövcud vəziyyəti özü üçün müəyyənləşdirdikdən sonra geri qaçmışdı. Oğul atasına oxşayıb. İkinci Qarabağ müharibəsindən 4 ildən çox vaxt keçib, bunlar hələ “mövqeləri kim tərk edib” sualına cavab tapa bilmirlər. Birinci Qarabağ müharibəsindən sonra Azərbaycanda da illər uzunu torpaqların işğalı mövzusu müzakirə olunurdu. Allaha şükür problemi həlli etdik, İkinci Qarabağ müharibəsindən sonra rollar dəyişib, indi ermənilər itirdiklərini müzakirə edir və bu uzun illər davam edəcək.