Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
12:54 | 30 may 2025 | Cümə
Məqaləyə 326 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Kremlə gözlənilməz zərbə
Çinin paytaxtında açılan Azərbaycan Turizm Bürosu ofisinin tanıtım videosu
Azərbaycan Asiya bazarında mövqeyini gücləndirir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
... Bir təşkilatda Pekinin müttəfiqi olub, digərində rəqibi olan Yeni Dehli
Moskva niyə Pekindən istədiyini ala bilmədi? — Aleksandr Qabuyevin təhlili
Ağ Evin əməkdaşını yerə yıxıb başını yardılar, jurnalistləri tualetə buraxmadılar
Qara qızıl təchizat problemləri ilə bağlı narahatlıqları fonunda həftəni artımla başa vurmağa hazırlaşır
İllərdir davam edən danışıqlar nəticə verdi
Çin Baş naziri Donald Trampı müşayiət edən amerikalı iş adamları ilə görüşdü
“Yox” demirlər, amma nəticə də yoxdur
ABŞ–Çin münasibətlərində “yeni səhifə” mesajları
Çin-ABŞ münasibətləri “qaçılmaz müharibə”dir yoxsa, “idarə olunmalı rəqabət”?
Pakistanla Hindistan arasında atəşkəs əldə olunduqdan sonra indi də Pakistan-Əfqanıstan sərhədində toqquşmalar olub. Silahlı toqquşma iki ölkə arasındakı sərhədin Hilmənd əyalətində qeydə alınıb. Münaqişəyə səbəb kimi Pakistanın sərhəd-keçid məntəqələrinin tikintisi göstərilib. Hazırda ölkələr arasında sərhəd bütün nəqliyyat növləri üçün bağlıdır.
Taliban Əfqanıstanda hakimiyyət yiyələndikdən sonra Pakistanla sərhəddə gərginlik azalmır, müxtəlif zaman kəsiklərində toqquşmalar qeydə alınıb. Pakistanın mövqeyi belədir ki, Taliban Əfqanıstandakı silahlı qruplara nəzarət edə bilmir və həmin qruplar sərhəddə gərginlik yaradırlar. Pakistan hərbi hava qüvvələri bir neçə dəfə həmin qrupların sığınacaqlarına zərbələr endirib. Taliban buna cavab olaraq Pakistan ərazisini atəşə tutub. Bu zaman hər iki tərəfdən itkilər olub.
Pakistanla Əfqanıstan arasında gərginliyə səbəb olan digər amil İslamabadın əfqan mühacirələri ölkədən deportasiya etməsidir. Uzun onilliklər ərzində Əfqanıstandakı müharibələrdən qonşu ölkələrdə sığınacaq tapan əfqanların sayı milyonlarladır. İslamabad və Tehran Əfqanıstanda mərkəzi hakimiyyətin formalaşdığını əsas tutaraq əfqanların vətənlərinə dönməsi vacibliyi qənaətindədir. Pakistan və İran əfqanların deportasiyasını genişləndiriblər. Bu onsuz da ağır iqtisadi vəziyyətdə olan Əfqanıstanın durumunu daha da mürəkkəbləşdirib. Deportasiya edilən əfqanları yerləşdirmək və onları ərzaqla təmin etmək lazımdır. Vəziyyəti çətinləşdirən Talibanın sərt qanunlar tətbiq etməsi, qadınların hüquqlarını məhdudlaşdırmasıdır. Bu səbəbdən bir çox ölkə və beynəlxalq qurum Əfqanıstana yardım etmək istəmir.
Pakistanla Əfqanıstan arasında gərginlik Çinə də çətinliklər yaradıb. Pakistan Çinin strateji müttəfiqidir. Çinin Pakistana böyük yatırımları var, bu ölkədə müxtəlif nəqliyyat layihələri həyata keçirir. Pekin eyni zamanda Talibanla da sıx təmaslar qurub. Talibanı ilk tanıyan ölkələrdən biri məhz Çindir. Pekin Əfqanıstana da yatırımlar qoymağa başlayıb, bu ölkənin zəngin yeraltı sərvətlərini işlətmək istəyir. Buna görə də, Çinin iki tərəfdaşı arasında sərhədi gərginliyi Pekinin regional maraqlarına zərər vurur.