
Pakistanda musson fəlakəti
4 mindən çox kənd su altında
4 mindən çox kənd su altında
Ermənistan baş naziri 3 ölkə ilə diplomatik münasibətlərə can atır
Pakistan sel fəlakəti yaşandı – 22 ölü
Pakistanın iki əyalətində silsilə terror hücumları
Pakistan Hindistanın döyüş təyyarələrini necə vurdu?
Tramp administrasiyası Hindistanı açıq dəstəkləyir?
... Qarabağ nəqliyyat və sülh qovşağına çevrilir
... və formalaşan reallıqlar
Azərbaycanda Türkiyə və ya Pakistan hərbi bazaları lazımdırmı?
Dörd hökumət və polis məmuru həlak olub
Döyüşmədən düşməni məğlub etmək müharibə sənətinin zirvəsidir
Hünəri çatır “B-2” bombardmançılarına hava məkanı təklif edən Pakistana söz desin
İslamabad Tehrana qarşı Vaşinqtonu dəstəkləyəcəkmi?
Hindistan itkisini təsdiqlədi
İki ölkə münasibətlərinin gərginləşməsi Çinin maraqlarına ziddir
Əfqanıstan və Pakistan arasında gərginlik yenidən alovlanıb. İki ölkə sərhədi kimi qəbul edilən “Durand xətti” yaxınlığında silahlı toqquşmaların baş verdiyi bildirilib.
Vaxt.az Kabil mərkəzli “Tolo News” telekanalına istinadən məlumatı verir ki, keçən həftə baş verən sərhəd insidentlərindən sonra Əfqanıstan və Pakistan sərhəd qüvvələri arasında atışma yenidən başlayıb.
Əfqanıstanın şərqində yerləşən Host vilayəti qubernatorunun sözçüsü bildirib ki, Əfqan qüvvələri “Durand xətti” yaxınlığında Pakistan ordusuna qarşı hücumlar həyata keçirib. O, Pakistan tərəfinin “hücum hazırlığı” gördüyünü, lakin bu cəhdin uğursuzluqla nəticələndiyini qeyd edib. Toqquşmaların hazırda da davam etdiyi bildirilir.
Karaçi mərkəzli “Geo News” telekanalı isə Pakistan təhlükəsizlik mənbələrinə istinadən yazır ki, Əfqan qüvvələri Kurram bölgəsində yerləşən Pakistan ordusu mövqelərinə səbəbsiz atəş açıb.
Mənbələrin məlumatına görə, Pakistan ordusu hücuma dərhal və sərt şəkildə cavab verib. Toqquşma zamanı Əfqan qüvvələrinə məxsus bir neçə hərbi baza ağır zərbə alıb, həmçinin bir tankın məhv edildiyi bildirilir.
Pakistan tərəfi ordunun yüksək döyüş hazırlığında olduğunu, ölkənin mümkün hücumlara qarşı tam müdafiə vəziyyətində saxlandığını açıqlayıb.
Oktyabrın 9-da Əfqanıstan paytaxtı Kabildə partlayış səsləri eşidilmiş, Əfqanıstan hakimiyyəti bu hücumlara görə Pakistani ittiham etmişdi.
Oktyabrın 11-də isə Paktiya vilayətində sərhəd qüvvələri arasında atışma baş vermişdi. Əfqanıstan tərəfi həmin qarşıdurmada 58 Pakistan əsgərinin öldüyünü, 30-nun yaralandığını, çox sayda silah və texnikanın ələ keçirildiyini açıqlamışdı.
Əfqanıstan hökumətinin sözçüsü Zabihullah Mücahid, döyüşlərdə 9 əfqan əsgərinin həlak olduğunu bildirmiş, Qətər və Səudiyyə Ərəbistanının vasitəçiliyi ilə atəşkəsə nail olunduğunu demişdi.
Pakistan ordusu isə öz növbəsində 23 əsgərinin öldüyünü, 29-nun yaralandığını, Əfqanıstanla əlaqəli 200-dən çox “terrorçunun” zərərsizləşdirildiyini bəyan etmişdi.
Bu son toqquşma, iki ölkə arasında aylardır davam edən sərhəd böhranının yeni mərhələyə keçdiyini göstərir. “Durand xətti” boyunca yerləşən bölgə həm hərbi, həm də siyasi baxımdan strateji əhəmiyyət daşıdığı üçün, analitiklər bu gərginliyin yeni silahlı qarşıdurmalara çevrilə biləcəyini istisna etmirlər.