Rusiyanın oylağı
Kreml “tərəfdaşlarını” da yerinə qərar verir
14:57 | 29 avqust 2025 | Cümə
Məqaləyə 514 dəfə baxılıb
Şriftin ölçüsü
Kreml “tərəfdaşlarını” da yerinə qərar verir
Rusiya Ermənistana 100 min seçici göndərməyi planlaşdırır
Əgər Moskva ciddi təzyiq etmək istəsəydi çoxdan edərdi
Rusiyaya buraxılmayan Ermənistan məhsullarının siyahısı
Seçki öncəsi dezinformasiya dalğası güclənir
Paşinyan seçki mitinqində yeni neft qaz və qaz kəməri layihəsini elan etdi
Trampın Paşinyana dəstəyi Ermənistanda seçki gündəmini dəyişdi
Kreml milyarderinin Fransadakı villasının arxasından Rusiya nəhəngi çıxdı
Ermənistan məhsulları mərhələli şəkildə Rusiya bazarından sıxışdırılır
Rusiya Ermənistanın daha bir brend məhsuluna qadağa tətbiq etdi
Moskva-İrəvan gərginliyi və Cənubi Qafqazın yeni sınağı
Ermənistandan vacib Türkiyə həmləsi
... Yaxud Mütəllibovun son xidməti
Türkiyə ilə Ermənistan arasında birbaşa ticarətə start verilir
“Qarabağ hərəkatı bizim üçün fəlakətli səhv idi”
Müəmmalı ölümün intihar, yoxsa qətl olması araşdırılır
Ermənistan İkinci Qarabağ müharibəsində Azərbaycana məğlub olduqdan və Qarabağı Azərbaycan ərazisi kimi tanıdıqdan sonra İrəvan diplomatik münasibətləri olmayan 3 ölkə – Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanla münasibətləri yoluna qoymağa çalışır. İrəvan Ankara ilə dialoqu İkinci Qarabağ müharibəsindən sonra intensivləşdirib, baş nazir Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvətlisi olaraq İstanbulda onunla görüşüb. İki ölkənin dialoqa başçılıq edən rəsmiləri arasında təmaslar və müzakirələr davam edir.
Dialoqa baxmayaraq, Ankara Ermənistanla diplomatik münasibətləri bərpa etməyə tələsmir. Ermənistan rəsmiləri son illərdə bir neçə dəfə Səudiyyə Ərəbistanına da səfər edib Ər-Riyadın Ermənistanla diplomatik münasibətlər qurmasını təklif ediblər. Ər-Riyad İrəvana “yox” deməsə də, Ankara kimi tələsməməyə üstünlük verir. Ermənistan Pakistan istiqamətində də fəallığını artırıb. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın avqustun 29-da pakistanlı həmkarı Məhəmməd İshaq Darla telefon danışığı buna sübutdur. Nazirlər ölkələr arasında diplomatik münasibətlərin qurulması məsələsinə baxmağa razılaşıblar. Fikrimcə, İslamabad da Ankara və Ər-Riyad kimi Ermənistanla diplomatik münasibətləri bərpa etməyə tələsməyəcək.
Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalandıqdan sonra Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan Ermənistanla diplomatik münasibətlər qurmağa qərar verəcəklər. Ankara, Ər-Riyad və İslamabad sülh sazişinin imzalanmasını gözləyəcəklər. Bu o deməkdir ki, bu 3 ölkə Azərbaycanla müttəfiqliyə sadiqdirlər. Bu, baş nazir Nikol Paşinyana Azərbaycanla sülh sazişini imzalamağı sürətləndirmək və radikal müxalifəti susdurmaq üçün əlavə arqumentdir. Birinci addımda Ermənistan Konstitusiyasından Azərbaycana ərazi iddiasını ehtiva edən bənd çıxarılmalı, ikinci addımda sülh sazişi imzalanmalıdır, üçüncü addımda Azərbaycan, Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan Ermənistanla diplomatik münasibətlər quracaqlar. Paşinyan birinci addımı atarsa, davamı gələcək və bu onun Ermənistanda mövqelərini gücləndirəcək.