Türkiyə film sənayesinə zərbə
Məşhur serial istehsalçıları və menecerlik şirkətləri araşdırma altında
13:24 | 13 may 2026 | Çərşənbə
Məqaləyə 156 dəfə baxılıb
Şriftin ölçüsü
Məşhur serial istehsalçıları və menecerlik şirkətləri araşdırma altında
Ankara alyansın son zamanlardakı ən gərgin toplantısına ev sahibliyi etməyə hazırlaşır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Biri uşaq olmaqla 8 nəfər ölüb, 33 nəfər yaralanıb
Tokayev: “Türk Dövlətləri Təşkilatı hərbi ittifaqa çevrilməməlidir”
Minlərlə tələbə başqa ali məktəbə köçürülür
Ermənistandan vacib Türkiyə həmləsi
Super ulduz Türkiyə milli komandası üçün yeni marş bəstələyir?
Suriya–İraq coğrafiyasında balans dəyişir, Türkiyə hərəkətə keçdi
İş adamı Aydın Çavuşoğlunun vəziyyəti ağırdır
Sumud donanmasına müdaxilə nəticəsində 18 türk vətəndaşı saxlanıldı
Ankara Yaxın Şərq sərmayələri uğrunda mübarizədə önə çıxmağa çalışır
“Qalatasaray” TFF ilə bütün münasibətləri kəsdi
“Gənclərbirliyi” – “Qalatasaray” matçının VAR hakimi yeni futbol termini yaratdı
İtki yoxdur
Pakistan Baş naziri Türkiyə Prezidenti ilə də görüşəcək
Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesində mühüm addım atılıb. Türkiyə Xarici İşlər Nazirliyi iki ölkə arasında birbaşa ticarətin başlanması üçün bütün texniki və bürokratik hazırlıqların mayın 11-də başa çatdırıldığını açıqlayıb.
VAXT.AZ “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, Nazirliyin sözçüsü Öncü Keçəli bildirib ki, birbaşa ticarətin başlanması ilə bağlı prosedurlar tam yekunlaşıb. Bu addım Türkiyənin vitse-prezidenti Cevdət Yılmazın İrəvana səfəri və iki ölkənin texniki heyətləri arasında aparılan danışıqlardan sonra atılıb.
Normallaşma prosesi çərçivəsində Türkiyə ilə Ermənistan sərhədində yerləşən tarixi Ani körpüsünün birgə bərpası və Qars-Gümrü dəmir yolu xəttinin yenidən istifadəyə verilməsi prioritet məsələlərdən biridir.
Tərəflər hesab edirlər ki, bu layihələr yalnız iki ölkə arasında iqtisadi əlaqələri gücləndirməyəcək, həm də Cənubi Qafqazda yeni logistika və ticarət imkanları yaradacaq.
Yeni qaydalara əsasən, üçüncü ölkələr üzərindən daşınan yüklərin sənədlərində son təyinat və çıxış ölkəsi kimi birbaşa “Türkiyə” və “Ermənistan” göstəriləcək.
Bu dəyişiklik indiyədək əsasən Gürcüstan vasitəsilə həyata keçirilən dolayı ticarətdə əlavə xərcləri azaldacaq, gömrük prosedurlarını sadələşdirəcək və ticarət əməliyyatlarının daha şəffaf şəkildə aparılmasına imkan verəcək.
Türkiyə Xarici İşlər Nazirliyi iki ölkə arasındakı quru sərhədinin açılması üçün texniki və inzibati hazırlıqların davam etdiyini bildirib. Növbəti mərhələdə sərhəd-keçid məntəqələrinin infrastrukturunun modernləşdirilməsi nəzərdə tutulur.
Türkiyə tərəfi bu prosesi regionda iqtisadi əməkdaşlığın inkişafı və bütün Cənubi Qafqaz ölkələrinin rifahına xidmət edən strateji addım kimi qiymətləndirir.