Türkiyə film sənayesinə zərbə
Məşhur serial istehsalçıları və menecerlik şirkətləri araşdırma altında
14:18 | 20 may 2026 | Çərşənbə
Məqaləyə 135 dəfə baxılıb
Şriftin ölçüsü
Məşhur serial istehsalçıları və menecerlik şirkətləri araşdırma altında
Ankara alyansın son zamanlardakı ən gərgin toplantısına ev sahibliyi etməyə hazırlaşır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Biri uşaq olmaqla 8 nəfər ölüb, 33 nəfər yaralanıb
Tokayev: “Türk Dövlətləri Təşkilatı hərbi ittifaqa çevrilməməlidir”
Minlərlə tələbə başqa ali məktəbə köçürülür
Ermənistandan vacib Türkiyə həmləsi
Türkiyə ilə Ermənistan arasında birbaşa ticarətə start verilir
Suriya–İraq coğrafiyasında balans dəyişir, Türkiyə hərəkətə keçdi
İş adamı Aydın Çavuşoğlunun vəziyyəti ağırdır
Sumud donanmasına müdaxilə nəticəsində 18 türk vətəndaşı saxlanıldı
Bilirdinizmi ki, Beyons və Madonnanın pərəstiş etdiyi musiqiçi Alim Qasımovun heyranıdır?
Ankara Yaxın Şərq sərmayələri uğrunda mübarizədə önə çıxmağa çalışır
“Qalatasaray” TFF ilə bütün münasibətləri kəsdi
“Gənclərbirliyi” – “Qalatasaray” matçının VAR hakimi yeni futbol termini yaratdı
İtki yoxdur
2026-cı il Dünya Çempionatına vəsiqə qazanan Türkiyə Milli Futbol Komandası üçün hansı sənətçinin marş bəstələyəcəyi müzakirə olunarkən, super ulduz Tarkanın paylaşımı azarkeşləri həyəcanlandırıb.
53 yaşlı sənətçi sosial şəbəkə hesabında studiyadan paylaşdığı foto ilə yeni mahnı üzərində çalışdığını bildirib. O, gələn yay dinləyicilərinə yeni bir musiqi təqdim edəcəyini açıqlasa da, bunun milli komanda üçün yazılmış mahnı olmadığını xüsusi vurğulayıb.
Tarkan qeyd edib ki, o, daha əvvəl Türkiyə millisinin uğurları üçün “Bir Oluruz Yolunda” adlı marşı yazıb və yenidən oxşar bir əsər hazırlamağı zəruri hesab etmir.
“Bu gözəl işlərdən biri milli komanda mahnısı deyil. Mən artıq ‘Bir Oluruz Yolunda’ kimi bir marş yazmışam və yenisini yazmaq kimi nə fikrim, nə də planım var. Şəxsi olaraq buna ehtiyac görmürəm”, – deyə sənətçi paylaşımında yazıb:.
Tarkan bildirib ki, onun üçün ən vacib məsələ Türkiyə millisinin uğurlu çıxışı və azarkeşləri bir araya gətirməsidir.
“Milli komandamız öz uğurları ilə bizi sevindirsin, qürurlandırsın və hamımızı bir ürəkdə birləşdirsin, bu mənə kifayətdir. Marş və ya mahnı isə sadəcə xırda detallardır. O gün gələndə yazılmış bütün mahnılar səslənsin. Əsas odur ki, sözlə yox, ürəkdən bir olaq”, – deyə müğənni vurğulayıb.
Tarkan pərəstişkarlarına müraciətində uzun müddətdir üzərində çalışdığı yeni layihənin yaxın aylarda təqdim olunacağını bildirib.
“Studiyada gecə-gündüz çalışıram. Gözəl işlər gəlir. Qarşıdakı yayımızın daha gözəl keçməsi üçün kiçik də olsa töhfəm olsa, bu mənim üçün böyük xoşbəxtlikdir”, – deyə sənətçi qeyd edib.