Tarkanın konsertində duyğusal anlar
Berlində səhnəyə çıxan meqa star gözyaşlarını saxlaya bilmədi
21:47 | 26 aprel 2026 | Bazar
Məqaləyə 17 dəfə baxılıb
Şriftin ölçüsü
Berlində səhnəyə çıxan meqa star gözyaşlarını saxlaya bilmədi
Madonna Trampa tarix dərsi verdi
Bu adam cazibəsində əsir olduğunuz ənginilikdəki işıqdır
Cəfər Cabbarlının 101 yaşlı «Ana»sı Alim Qasımovun səsi ilə
Alim Qasımov: «Yaş üstünə yaş gəldikcə özümə deyirəm ki, ağıllı ol, bir az özünü ağır apar»
Prezident İlham Əliyev məşhur muğam ustasını mükafatlandırdı
Larisa Dolina: «Həyatımda heç vaxt bu qədər nifrət, lənətlə üzləşməmişdim»
Həkimlərdən Alim Qasımova qadağa
Dahilərə toxunmayın, lütfən!
Dahilərə toxunmayın, lütfən!
Çox bisavadıq. Siz elə bilirsiniz ki, bir ölkənin musiqi sektoru öz-özünə dirçəlir?
Bilmirsiniz ki, istər Hollivud olsun, istər Bollivud, ya da Türkiyə serial sənayesi, bütün bunlar öz-özünə formalaşmayıb. Tarkanı, Teylor Svifti, Dima Bilanı, ümumiyyətlə HAMISINI mühit, sərmayə və proqramlar yetişdirir?!
Məsələn, rus kanalları yayımlanan ərazilərdə təbii ki, rus müğənnisi tanınmış olacaq. Bu siyasətdir, bu diplomatiyadır, bu MEXANİZMDİR! Bunu anlamaq çox çətindir?
Bu tanınmışlıq məgər müğənninin gücü ilə əldə olur?
Bu bir müğənninin pulu, səsi, mahnısı məsələsi deyil.
Məsələn, Tarkanın “Şımarık” mahnısı MCM, MTV və Avropa radiolarına HAVAYI girmişdi...? Buna tək Tarkanın pulu yetərdimi? Bu qədər sadəlövh olmayın.
Mən soruşanda ki, niyə gürcülər, ruslar, türklər, ukraynalılar Azərbaycanda BU QƏDƏR konsertlər verir, BİSAVADLAR deyir ki, sən də get orada konsert ver...
Əslində istedad hər yerdə var. İnsan hər yerdə insandır. Amma, həmin ölkələrdə bu istiqamətdə işlər planlı görülür. Bizdə isə son 25 il efirlər ancaq “toyxana” mühiti, şadlıq evi artisti yetişdirdi.
Elə deyil?
Heç bilirsinizmi ki, dünya şöhrətli, Beyonsun, Rosalianın, Madonnanın pərəstiş etdiyi BJÖRK özü, bizim Alim Qasımovun heyrandır... Bilirdiniz bunu?!
Amma bizim ölkədə bir dənə qurum, təşkilat, sponsor olmadı ki, Alim Qasımovun Björkla iş birliyini dəstəkləsin. Bax, məsələ budur. Forması var də bunun:
Səliqəli leybllara yatırım edilir, yaxşı səslər tapılır, layihələr hazırlanır və PİAR OLUNUR.
Musiqi sektoru özü də bir siyasətdir. Sən ölkənin ən böyük konsert salonlarında, ORTABAB gürcü, rus, türk müğənnilərinə meydan verərkən, eyni ilə ÖZ MALINI (oxu musiqiçini) da hazırlamalı, yaratmalı, satmalı və HƏMİN BAZARA DAXİL OLMA şanslarını qonşu ölkələrdən TƏLƏB etməlisən. Bu iqtisadi və DİPLOMATİK məsələdir.
Bu, artıq “sən nə müğənnisən” tipli bayağı müzakirə olmamalıdır. Sual konkretdir.
Hanı bizimkilər?
Hanı dəstək proqramları?
Hanı piar komandası?
Niyə yoxdur?