vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 2 aprel 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
SƏNƏTÇİ  
Alim Qasımov daha da «Şərəf»ləndi 23:55 | 12 avqust 2017 | Şənbə Məqaləyə 3736 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Alim Qasımov daha da «Şərəf»ləndi

Prezident İlham Əliyev məşhur muğam ustasını mükafatlandırdı

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün, avqustun 12-si prezident İlham Əliyev xalq artisti Alim Həmzə oğlu Qasımovun «Şərəf» ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, A.Qasımov Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə təltif edilir.

A.Qasımov XX əsrin 90-cı illərində Azərbaycan muğam sənətinə yeni nəfəs gətirmiş ifaçılardan sayılır.

O, dünyanın əksər ölkələrində muğam proqramları ilə çıxış edib.

1999-cu ildə İMC UNESCO Beynəlxalq Musiqi Mükafatını alıb.