vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 26 may 2026
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
KİNO-TEATR  
Kinoya sevgi məktubu 10:57 | 26 may 2026 | Çərşənbə axşamı Məqaləyə 14 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kinoya sevgi məktubu

... Yaxud güclü yeni istedadın “Kinomexanikin qayıdışı” filmi Avropada səs gətirdi

CEYLİN, VAXT.AZ

MÖVZU İLƏ ƏLAQƏLİ

“Kinomexanikin qayıdışı” (“Le Retour du projectionniste”) adlı Azərbaycan sənədli filmi Avropa kino mühitində diqqət çəkməyə davam edir. Rejissor Orxan Ağazadə tərəfindən çəkilən ekran işi Talış dağlarında yerləşən ucqar kənddə kinoteatrı yenidən canlandırmağa çalışan iki insanın hekayəsini danışır.

VAXT.AZ xəbər verir ki, film İran və Azərbaycan sərhədinə yaxın yerləşən Sim kəndində yaşayan televiziya ustası Samidin köhnə sovet projektorunu yenidən işə salmaq cəhdindən bəhs edir. O, kənd kinoteatrını bərpa etməyi xəyal edir. Daha sonra kino texnikasına maraq göstərən gənc Ayazın ona qoşulması ilə hadisələr yeni istiqamət alır.

Ekran əsəri təkcə kino haqqında sənədli film deyil, həm də kənd həyatı, nəsillərarası münasibətlər və unudulan kollektiv mədəniyyət barədə emosional hekayə kimi qiymətləndirilir. Fransız kino tənqidçiləri filmi “kinoya sevgi məktubu” adlandırır.

Filmlə bağlı yayımlanan rəylərdə xüsusilə Talış dağlarının təbiəti, kənd həyatının sakit ritmi və sovet dövründən qalan kino ənənələrinin ekranda təsviri yüksək qiymətləndirilib. Tənqidçilər qeyd edirlər ki, sənədli film bədii kino təsiri bağışlayır və sadə insanların gündəlik həyatından dramatik atmosfer yarada bilir. Rəy yazanlar onlayn səsvermədə (1 – 10, 1 – 8, 3 – 6, 6 nəfər isə 7 bal verib) film haqqında yüksək fikirdə olduqlarını nümayiş etdirib.

Bir sıra kino portalları Samid və Ayaz arasındakı münasibəti filmin əsas emosional xətti kimi xarakterizə edir. Rəylərdə onların “işığı yenidən ekrana qaytarmaq” uğrunda mübarizəsinin simvolik məna daşıdığı vurğulanır.

Fransanın “Art et Essai” kino assosiasiyası filmi dəstəklənən layihələr siyahısına daxil edib. Assosiasiya rejissor Orxan Ağazadəni “güclü yeni istedad” adlandırıb və ekran işinin həm yumor, həm də emosional yük baxımından təsirli olduğunu qeyd edib.

Tənqidçilərin fikrincə, “Kinomexanikin qayıdışı” pandemiyadan sonra dəyişən kino mədəniyyəti fonunda kinomexanik peşəsinə və kollektiv film izləmə ənənəsinə nostalji baxış təqdim edir. Film eyni zamanda Azərbaycanın beynəlxalq festival məkanında görünürlüğünü artıran işlərdən biri hesab olunur.

Qeyd edək ki, “Kinomexanikin qayıdışı” filmi İMDd beynəlxalq reytinq saytında 7.2 xalla qiymətləndirilir.