
İki ulduz Bred Pittə qoşulur
Tarantino və Finçerin yeni “Netflix” filmi gəlir
Tarantino və Finçerin yeni “Netflix” filmi gəlir
Anası heroindən ölən ulduz: “Uşaq evindəykən bizi görüşməyə qoymurdular”
“Şon bir baxışla hər kəsi susdura, sonra da bir kəlmə ilə güldürə bilər”
Şon Penn “Oskar” mükafatlı aktrisanı tərifləyib
Hekman cütlüyünün ölümü ilə bağlı şübhəli detallar ortaya çıxıb
Mel Gibsona yenidən silah daşımaq hüququnun verilməsi mübahisələrə səbəb olub
... Yaxud Koen qardaşlarının qara təbəssümü
Real hadisələrdən ilhamlanan yeni müharibə filmi tam qiymət aldı
Uill Smit qalmaqallı Oskar silləsi haqqında mahnı yazdı
Bryus Uillis Samuel L.Ceksona hansı məsləhətləri verib
Əfsanə romantik komediyanın 35 yaşı tamam olur
Ancelina Coli niyə Oskara namizəd olmayıb?
Skarlett Yohansson yeni filmi üçün studiyanın sosial şəbəkə təzyiqlərindən danışıdb
Məşhur yazıçının 44 yaşlı klassiki “Netflix” üçün yenidən ekrana çıxacaq
Ulduz aktyor və xanımının ölümü ilə bağlı müəmmalı təfərrüatlar
“Bunu bacaracammı bilmirəm, amma əvvəllər “mən bunu etmək istərdim” deyə düşünürdüm”
Klint İsvud, yaşının irəliləməsinə baxmayaraq, sürətini azaltmaq niyyətində deyil. Bu yaxınlarda 95 yaşını qeyd edən və Avstriyada nəşr olunan “Kurier” qəzetinə danışan usta rejissor hazırda yeni filmi üçün hazırlıq mərhələsində olduğunu açıqlayıb. O əlavə edib ki, pərəstişkarları onun təqaüdə çıxması xəbərini çox gözləməməlidirlər.
İsvud, “Niyə insan yaşlandıqca yaxşılaşa bilmir?”, – deyib.
“Bu gün daha çox təcrübəm var. Təbii ki, müəyyən yaşdan sonra əlaqəni itirən rejissorlar var, amma mən onlardan deyiləm”.
“Bağışlanılmayan” (“Unforgiven”) filminin rejissoru kino sənayesinin hazırkı durumu ilə bağlı fikirlərini də bölüşüb, vizyonun mövcud istehsalların remeykləri, davamları və adaptasiyaları ilə dolu olmasından narazılığını bildirib.
“Kasablanka kimi ssenarilərin kiçik studiya çardaqlarında yazıldığı və hər kəsin yeni ideyaya sahib olduğu köhnə gözəl günlər üçün darıxıram. Biz remeykləri və serialları əsrində yaşayırıq. Mən özüm üç davam filmi çəkmişəm, amma artıq uzun müddətdir ki, məni maraqlandırmır. Mənim fəlsəfəm belədir: Ya yeni bir şey et, ya da evdə qal”, – İstvud deyib.
Rejissor onu da vurğulayıb ki, köhnə Hollivud sistemində böyümək onu daim bir sənətçi kimi inkişaf etməyə və yeni ideyalar ardınca getməyə məcbur edir.
“Aktyor kimi studiya ilə müqavilə bağlamışdım, köhnə sistemdə idim və hər il yeni bir şey öyrənməli idim. Ona görə də nə qədər ki, nəsə öyrənə bilmişəm və tam qocalıq keçirməmişəm, işləməyə davam edəcəyəm”.
İstvud sensasiyalı qətl işində hökmə təsir edə biləcək mənəvi dilemma ilə mübarizə aparan münsiflər üzvündən bəhs edən hüquqi dramla qayıtmışdı. Aktyor həmin – “Juror #2” filmində sözügedən jüri Nikolas Hult canlandırmışdı.
“Juror #2” əfsanəvi kinorejissorun 60 illik karyerasında 40-cı filmidir. İstvuda Oskar mükafatçısı J.K. Simmons, Toni Kollette, Qabriel Basso, Zoi Doyç, Sedric Yarbro və Kifer Sazerlend.