
İki ulduz Bred Pittə qoşulur
Tarantino və Finçerin yeni “Netflix” filmi gəlir
Tarantino və Finçerin yeni “Netflix” filmi gəlir
95 yaşlı əfsanə yeni filminə hazırlaşır
Anası heroindən ölən ulduz: “Uşaq evindəykən bizi görüşməyə qoymurdular”
“Şon bir baxışla hər kəsi susdura, sonra da bir kəlmə ilə güldürə bilər”
Şon Penn “Oskar” mükafatlı aktrisanı tərifləyib
Hekman cütlüyünün ölümü ilə bağlı şübhəli detallar ortaya çıxıb
Mel Gibsona yenidən silah daşımaq hüququnun verilməsi mübahisələrə səbəb olub
... Yaxud Koen qardaşlarının qara təbəssümü
Real hadisələrdən ilhamlanan yeni müharibə filmi tam qiymət aldı
Uill Smit qalmaqallı Oskar silləsi haqqında mahnı yazdı
Bryus Uillis Samuel L.Ceksona hansı məsləhətləri verib
Əfsanə romantik komediyanın 35 yaşı tamam olur
Ancelina Coli niyə Oskara namizəd olmayıb?
Oskar mükafatlı rejissorun yeni filmi gözləntiləri doğrultmadı
Skarlett Yohansson yeni filmi üçün studiyanın sosial şəbəkə təzyiqlərindən danışıdb
Məşhur yazıçının 44 yaşlı klassiki “Netflix” üçün yenidən ekrana çıxacaq
Bu il “Anora” filmi ilə Oskar tarixinə düşən rejissor Şon Beyker, həmkarları Jao Xloya və Berri Cenkins kimi müstəqil kinodan böyük studiya layihələrinə keçid etmək niyyətində olmadığını açıqlayıb.
54 yaşlı amerikalı kinorejissor 100 faiz müstəqil qalmaqda qərarlı olduğunu və studiya sistemindən kənarda rejissorluq etməyə davam edəcəyini bildirib.
“Hollywood Reporter's” “Bu Hollivudda baş verir” (“It Happened in Hollywood”) podkastında qonaq olan Beyker karyerasında blokbaster seriallara rəhbərlik etməyəcəyini vurğulayıb: “Məndən Marvel filmi gözləməyin. Belə bir şey yoxdur. Mən şüurlu şəkildə eyni damarda və təxminən eyni büdcə ilə davam edəcəyəm. Çünki müstəqil sahədə işləməyi xoşlayıram”.
Beyker, “Anora” filmi sonrası yeni layihələri ilə bağlı qəti bir şey olmadığını bildirdi: “Hələ nə edəcəyimi bilmirəm, bir neçə ideya üzərində işləyirəm, amma nə olursa olsun, tam nəzarətim olacaq. Mən hətta mini-studiyalarla işləməyəcəyəm. Mən filmi müstəqil şəkildə çəkəcəyəm, sonra onu hardasa köhnə hərrac və ya lisenziya prosesi ilə satmağı planlaşdırıram. Bu, görmə qabiliyyətini tam qorumaq üçün yeganə yoldur. Beləliklə, oxşar işi yenidən gözləmək olar”.
***
“Anora” filmi bu il 5 Oskar qazanaraq böyük uğur qazanıb. Şon Beyker ən yaxşı film, ən yaxşı rejissor, ən yaxşı orijinal ssenari və ən yaxşı montaj, filmin baş rol ifaçısı Mayki Medison isə ən yaxşı aktrisa nominasiyasında Oskar qazanıb.
Beyker kimi, Medison da müstəqil kinoda qalmaq arzusunu açıq şəkildə ifadə etdi. Aktrisanın Rayan Qoslinqin baş rolda oynayacağı Şon Levinin “Ulduz müharibələri: Ulduz döyüşçüsü” filmi üçün təklifləri rədd etdiyi barədə şayiələr yayılıb.