vaxtlı-vaxtında oxuyun! Cümə, 6 iyun 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
OLAY  
“Haribo” yeyən uşaq komaya düşdü 15:06 | 4 iyun 2025 | Çərşənbə Məqaləyə 177 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Haribo” yeyən uşaq komaya düşdü

Tərkibində narkotik olan konfet skandalı bitmir

MURAD

MÖVZU İLƏ ƏLAQƏLİ

Hollandiyanın Tvente bölgəsində gənc uşaq tərkibində marixuana olan “Haribo” konfetini yedikdən sonra komaya düşüb. ZGT Xəstəxanası “Tubantia” qəzetindəki çıxan xəbərdən sonra bu məlumatı “RTL Nieuws”a təsdiqləyib.

ZGT-nin məlumatına görə, marixuana konfetini qəbul edən iki uşaq xəstəxanaya yerləşdirilib. Komaya düşən uşaq daha sonra xüsusi uşaq xəstəxanasına köçürülüb. Hər iki uşağın yeniyetmə və ya məktəbəqədər yaşda olduğu bildirildi. Xəstəxana sözçüsü “RTL Nieuws”a “Hər ikisi sağlamdır və özlərini yaxşı hiss edirlər”, – deyib.

“Haribo” uşaqların sağaldıqları üçün “rahat olduqlarını” deyib. Şirkət həmçinin davam edən istintaqda səlahiyyətlilərə tam dəstək verdiyini açıqlayıb.

***

Son bir həftə ərzində xeyli insan “Haribo” konfetini yedikdən sonra özlərini pis hiss edib. Hadisə Tvente bölgəsində bir neçə uşaq və bir qadının xəstələnməsindən və ailənin polisə müraciətindən sonra üzə çıxıb. Polis sürətli sınaqlar keçirdi və konfetin tərkibində marixuana olduğunu aşkar edib və bu barədə Hollandiya Qida və İstehlak Mallarının Təhlükəsizliyi Təşkilatına (NVWA) məlumat verdi.

Sözügedən məhsul kilo paketlərində satılan “Haribo Happy Cola F!ZZ” partiyasındandır, yararlılıq müddəti 2026-cı ilin yanvarındadır. Geri çağırış yalnız istehsal kodu L341-4002307906 olan bağlamalara aiddir.

Şirniyyat istehsalçısı “Haribo”, bazara çıxarılan bəzi paketlərin istehlak edildiyi təqdirdə “başgicəllənmə kimi sağlamlıq problemlərinə səbəb ola biləcəyini” açıqlamış və bu səbəbdən sözügedən məhsulları satışdan geri çağırmışdı.

Eyni konfet partiyası Hollandiyadan sonra Belçika və Lüksemburqda da geri çağırılıb.

NVWA-nın bəyanatında deyilir: “Hələlik narkotikin bu konfetlərə necə daxil olduğu məlum deyil. Polis tərəfindən ətraflı araşdırma aparılır”.