vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 29 iyul 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
SAĞLAMLIQ  
Avropada jelibon xəbərdarlığı 11:55 | 29 iyul 2025 | Çərşənbə axşamı Məqaləyə 108 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Avropada jelibon xəbərdarlığı

Hansı məhsullar sağlamlıq üçün təhlükə yaradır

MURAD

MÖVZU İLƏ ƏLAQƏLİ

“Öko-Test”in araşdırmasına görə, məşhur markaların da daxil olduğu 20 “vegan” jelibon test edilib – bir məhsul “zəif” qiymətləndirilib, bəzi tanınmışlar isə “orta” səviyyədə qalıb.

Almaniyada məşhur markaların – o cümlədən “Haribo”, “Katjes” və *“Lidl”in də yer aldığı vegan və turş meyvəli jelibonlar test edilib. “Öko-Test” jurnalı 2025-ci ilin aprel sayında dərc etdiyi analizdə bəzi məhsulların sağlamlıq üçün uyğun olmadığını açıqlayıb. Araşdırma nəticəsində bir məhsul “tamamilə yetersiz” hesab olunub, altı məhsul isə müsbət qiymət alıb.

Cəmi 20 “vegan” jelibon növünün qiymətləndirildiyi testdə yalnız iki məhsul “çox yaxşı”, dördü isə “yaxşı” səviyyəsində olub. “Haribo” və “Katjes” kimi tanınmış brendlər “orta” qiymət alıb. Bu dəyərləndirmənin əsas səbəbi məzmundan çox ambalaj və marketinq strategiyalarındakı çatışmazlıqlarla əlaqəlidir. “Lidl”in “Sweet Corner Fairytale Forest Sour” və “Aldi”nin “Sweet Land Sour Meyve Karışımı” da “orta” səviyyədə qalıb.

 

Əsas qiymətləndirmə meyarları:

Gərəksiz vitamin əlavələri: Bəzi markalar veganlar üçün “B12” vitamini əlavə etsə də, mütəxəssislər bu vitaminin yüksək şəkərli məhsullardan alınmasının sağlam olmadığını bildirir.

Mübahisəli məhsul: Xüsusilə dəniz yosunundan əldə olunan karragen maddəsinin bağırsaq sağlamlığına təsiri mübahisəlidir.

Şübhəli rəngləndiricilər: Etiketsiz və ya natamam göstərilən süni boyalar məhsulların notunu aşağı salıb.

Süni dadlar: Təbii meyvə ekstraktları yerinə süni dadlandırıcılardan istifadə də mənfi qiymətləndirilib.

 

Ən zəif məhsullar:

“Bebeto Sour Blast Fizzy Happy Strawberry” – tərkibində “Allurarot AC” və “Brillantblau FCF” kimi mübahisəli rəngləndiricilər olduğu üçün “zəif” dəyərləndirilib.

 

“Nimm 2 Lachgummi Sauer Stars” – “B12” vitamini əlavəsi və natamam tərkib bəyannaməsi səbəbilə yalnız “yeterli” səviyyəsində qiymətləndirilib.

 

Qiymət-məzmun qalibi:

“Sweet Shop Saure Würmer” adlı məhsul, yalnız 100 qramı 0,65 avro qiymətinə satılmasına baxmayaraq “yaxşı” dərəcə ilə testin qiymət-performans qalibi olub.

 

“Vegan” jelibonlarda nə istifadə olunur?

Ənənəvi jelibonlarda heyvan mənşəli jelatin istifadə edilsə də, vegan məhsullarda pektin və agar-agar kimi bitki əsaslı alternativlərdən yararlanılır. Pektin alma və ya sitrus meyvələrinin qabıqlarından əldə edilir. Bəzi hallarda istifadə olunan karragen və agar-agar maddələri təbii olsa da, sağlamlıq təsiri baxımından mübahisəlidir.

“Vegan” jelibonlar heyvan mənşəli maddələrdən uzaq durmaq istəyənlər üçün alternativ ola bilər, lakin hər məhsul eyni dərəcədə sağlam deyil. Mütəxəssislər, istehlakçıların qablaşdırma və tərkib siyahısına diqqətlə baxmalarını tövsiyə edir. Ətraflı nəticələr “Öko-Test” jurnalında yayımlanıb.