Atəşkəs nefti ucuzlaşdırdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
11:16 | 29 iyul 2025 | Çərşənbə axşamı
Məqaləyə 438 dəfə baxılıb
Şriftin ölçüsü
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Üzərində Trampın portretinin olması təklifi maneə ilə üzləşib
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
Kubanın turizm sektoru çökmə həddində
Avropa Birliyi (AB) ilə ABŞ arasında bağlanan yeni ticarət razılaşması qlobal bazarlarda ilkin olaraq optimist reaksiya doğursa da, siyasi və iqtisadi nəticələrə dair artan narahatlıqlar avronun zəifləməsinə və birjalarda satış təzyiqinə səbəb olub.
“MSCI Asia Pacific” indeksi bu gün 0,9 faiz dəyər itirib. Beləliklə, regionun əsas indekslərində geriləmə artıq üçüncü ticarət gününə keçib. ABŞ birjaları bazar ertəsi sessiyasını sabit bağlasa da, “S&P 500” üzrə fyuçerslər bu səhər 0,1 faiz yüksəlib.
“Bloomberg Dollar Spot” indeksi bazar ertəsini 0,8 faiz artımla – may ayından bəri ən sürətli yüksəlişlə – yekunlaşdırıb və bu səhər 1.209 səviyyəsində sabit qalıb.
Yaponiyada ikiillik dövlət istiqrazı hərracının güclü tələblə qarşılanmasına baxmayaraq, istiqraz bazarında vəziyyət sabitdir. ABŞ-ın 10 illik istiqrazlarının gəlirliliyi 4,40 faiz, Yaponiyada isə 1,55 faiz səviyyəsində qalır.
Avropa Birliyi – ABŞ razılaşması narahatlıq doğurur
Ticarət razılaşması Avropa Birliyini ABŞ ilə qarşıdurmadan xilas etsə də, bazarlarda bu sənədin transatlantik münasibətlərdə sabitlik yaradacağına dair ümidlər sönüb. Avro, bazar ertəsi dollar qarşısında son iki ayda ilk dəfə 1 faizdən çox ucuzlaşaraq ən böyük günlük itkilərindən birini yaşayıb.
Bu ucuzlaşma, AB-nin ABŞ ilə razılaşma gözləntiləri fonunda keçən həftə avronun son üç ilin zirvəsinə yaxınlaşmasından sonra baş verib. Yeni razılaşma çərçivəsində Avropa Birliyi, ixracatının böyük hissəsinə 15 faiz gömrük rüsumu tətbiqini qəbul edib. Bunun qarşılığında isə Brüssel tərəfi ABŞ mallarına tətbiq olunan orta tarif dərəcəsini 1 faizdən aşağı salmağa razılaşıb. Eyni zamanda, AB 750 milyard dollar dəyərində Amerikan enerji məhsulları alacaq və ABŞ iqtisadiyyatına əlavə 600 milyard dollar sərmayə yatıracaq.
Bu öhdəliklər, Avropanın artıq həddindən artıq güzəştə getdiyi tənqidlərini artırıb. Razılaşmanın İkinci Dünya Müharibəsindən bu yana tərəflər arasında iqtisadi artımı təşviq edən sərbəst ticarət modelinin sonu ola biləcəyi vurğulanır. Avropa Parlamentinin Ticarət Komitəsinin isveçli üzvü Karin Karlsbro razılaşmanı belə şərh edib: “Avropanın iqtisadi və siyasi marjinallaşması – verilən hər yeni güzəştin ardından daha da artır”.
Əvvəlcə sənədi müsbət qarşılayan Almaniya Kansleri Fridrix Mers daha sonra fikrini dəyişərək bildirib: “Almaniya iqtisadiyyatı bu gömrük tariflərindən ciddi ziyan görəcək. Bu yalnız Almaniya və Avropa ilə məhdudlaşmayacaq. Bu ticarət siyasətinin nəticələrini ABŞ-da da görəcəyik”.
Fransa Baş naziri Fransua Bayrou isə razılaşmanı belə qiymətləndirib: “Azad xalqlar üçün qaranlıq bir gündür”.