Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
10:38 | 29 iyul 2025 | Çərşənbə axşamı
Məqaləyə 511 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
ABŞ-ın Nyu-York şəhərində, Manhettenin mərkəzində yerləşən “345 Park Avenue” ünvanlı göydələndə silahlı insident baş verib. Uzun lüləli AR-15 avtomatı ilə binaya daxil olan və gülləkeçirməz jilet geyinmiş hücumçu 1-i polis olmaqla 4 nəfəri öldürüb, daha bir nəfəri isə ağır yaralayıb. Silahlı şəxs daha sonra 33-cü mərtəbəyə çıxaraq intihar edib.
Silahlı şəxs – 27 yaşlı Şeyn Devon Tamura – Las Veqasdan gəlmişdi. Onun psixoloji problemləri olduğu bildirilir. Səbəbi hələ tam məlum olmayan hücumda Nyu-York Polis Departamentinin (NYPD) əməkdaşı, banqladeşli iki uşaq atası Didarul İslam foyedə vurularaq öldürülüb. Islam, hadisə zamanı binada xüsusi təhlükəsizlik xidməti əməkdaşı kimi xidmət edirmiş.
Komissar Cessika Tişin verdiyi məlumata görə, hücum zamanı Tamura əvvəlcə İslamı vurub, sonra bir sütunun arxasında gizlənmiş qadını hədəfə alıb və ardınca foyeni yaylım atəşinə tutub. Daha sonra foyedə bir kişi, lift bölməsində bir mühafizəçi və 33-cü mərtəbədə bir qadın da daxil olmaqla üç nəfər ölü tapılıb. Hücum nəticəsində sağ qalan bir nəfərin vəziyyəti kritikdir və hazırda xəstəxanada müalicə alır.
"Bu bina niyə hədəf seçildi?" sualı açıq qalır
“Tamuranın dəqiq motivasiyası bəlli deyil. “Bu binanı niyə seçdiyini araşdırırıq. Psixoloji keçmişi sənədləşdirilmişdi”, – deyə NYPD komissarı Tiş bildirib.
Hücumun hədəfi olan “345 Park Avenue” binası 190 metr hündürlüyündədir və Amerika Futbol Liqasının baş qərargahı, eləcə də bir sıra böyük maliyyə şirkətləri, o cümlədən “Blackstone” investisiya firması bu binada yerləşir. “Grand Central” stansiyası və Modern İncəsənət Muzeyi ilə qonşu olan bina, öz poçt koduna sahib nadir göydələnlərdəndir.
ABŞ yenidən silahlı zorakılıqla sarsıldı
Hadisə sosial mediada və yerli mətbuatda "yüksək təhlükəsizlikli zonada baş verən sarsıdıcı hücum" kimi qiymətləndirilir. Bu, ABŞ-da son aylar içində qeydə alınan növbəti kütləvi atışma hadisəsidir. Hücumun yüksək profilli bir binada və gündüz saatlarında baş verməsi ölkədə silah qanunvericiliyi ilə bağlı müzakirələri yenidən alovlandırıb.