Rusiyanın xam xəyalı
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
12:17 | 23 aprel 2026 | Cümə axşamı
Məqaləyə 153 dəfə baxılıb
Şriftin ölçüsü
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Kreml “tərəfdaşlarını” da yerinə qərar verir
Rusiya Ermənistana 100 min seçici göndərməyi planlaşdırır
Əgər Moskva ciddi təzyiq etmək istəsəydi çoxdan edərdi
Brüssel Moskvaya qarşı növbəti sanksiyalar paketini hazırlayır
Rumıniya NATO-dan antidron sistemlərinin təcili verilməsini istədi
Rusiyanın Qara dəniz sahilində yerləşən Tuapse limanında yerləşən neft terminalında baş verən güclü yanğından sonra bölgədə ekoloji vəziyyətin kəskinləşdiyi və zəhərli maddələrin geniş ərazilərə yayıldığı bildirilir.
VAXT.AZ Rusiya və xarici mənbələrə istinadən xəbər verir ki, fəlakət Ukrayna pilotsuz uçuş aparatlarının (PUA) hücumlarından sonra başlayıb və bir neçə gündür davam edən yanğın nəticəsində atmosferə təhlükəli yanma məhsulları yayılıb. “Rosneft” şirkətinə məxsus neft emalı infrastrukturu hücumdan sonra fəaliyyətini dayandırıb. Söndürülməsi üçün 276 nəfər və onlarla texnika cəlb edilən yanğın bir neçə gündür davam edir.
“Novichok” zəhərinin hazırlanmasında iştirak etmiş kimyaçı Vil Mirzayanov yanğın nəticəsində yaranan tüstünün kütləvi zəhərlənmə riski daşıdığını bildirib. Onun sözlərinə görə, yanma zamanı yaranan poli-aromatik birləşmələr güclü kanserogen maddələrdir və insan orqanizminə daxil olduqda onların tam təmizlənməsi mümkün olmur.
Alim eyni zamanda tüstünün yayıldığı ərazilərdə havanın tərkibi və yağış sularının kimyəvi analizi ilə bağlı açıq məlumatların olmamasından narahatlığını ifadə edərək, təcili laborator tədqiqatların aparılmasına çağırıb.
“RİA Novosti” xəbər verir ki, şəhərin müxtəlif rayonlarında havada benzol, ksilol və his kimi maddələrin miqdarı normanı 2–3 dəfə üstələyib. Yerli sakinlərə açıq havada az qalmaq, pəncərələri bağlamaq və otaqlarda nəm təmizləmə aparmaq tövsiyə olunub.
Ekoloqlar bildirirlər ki, yanma nəticəsində havaya buraxılan azot və kükürd oksidləri atmosferdə su buxarı ilə reaksiyaya girərək azot və kükürd turşularına çevrilə bilər. Bu isə turşulu yağışların yaranmasına səbəb ola bilər.
Rusiya “Telegram” kanallarının məlumatlarına görə, Tuapse və ətraf yaşayış məntəqələrinin sakinləri “neft yağışı” adlandırılan hadisəni müşahidə etdiklərini bildiriblər. Onların sözlərinə görə, küçələrdə yağlı təbəqə və qara hissəciklər əmələ gəlib.
Ekoloqlar bu hadisəni region üçün son illərin ən böyük ekoloji fəlakətlərindən biri kimi qiymətləndirir və nəticələrinin uzun müddət hiss olunacağını bildirirlər.
Məlumata görə, yanğından yaranan qalın tüstü artıq regionun digər şəhərlərinə doğru yayılmağa başlayıb və hava keyfiyyətinin kəskin pisləşməsinə səbəb olub. Yerli hakimiyyət orqanları “neft yağışı” nəticəsində ətraf ərazilərdə qara örtük əmələ gəldiyini də təsdiqləyib.
Qeyd edək ki, Tuapse limanı Qara dəniz regionunda mühüm neft ixrac mərkəzlərindən biri hesab olunur və burada baş verən hadisə həm ekoloji, həm də iqtisadi baxımdan ciddi nəticələr yarada bilər.