vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 7 may 2026
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
OLAY  
“Azərsun”da ailə davası 09:43 | 7 may 2026 | Cümə axşamı Məqaləyə 18 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Azərsun”da ailə davası

Tahir Gözəl qardaşının kadrlarını kütləvi şəkildə holdinqdən uzaqlaşdırır, “Al Market” şəbəkəsi çökür

ADƏM, VAXT.AZ

MÖVZU İLƏ ƏLAQƏLİ

Ötən ay “Azərsun Holdinq”in idarəetməsində dəyişikliyin həyata keçirilməsi ictimaiyyət üçün bir qədər gözlənilməz oldu.

VAXT.AZ Xitab24.az-a istinadən xəbər verir ki, Müşahidə Şurasının sədri postuna Tahir Gözəlin gəlişi holdinqin müasir, innovativ idarəçilik modelinə keçidi ilə əlaqələndirildi.

Bəs, görəsən, əslində, nə baş verdi? Necə oldu ki, cəmi bir il öncə - ötən ilin mayında “Azərsun Holdinq” Müşahidə Şurasının sədri olan Əhməd Gözəl vəzifəsindən getdi?

Əldə olunan məlumata görə, Əhməd Gözəl qardaşı Tahir Gözəlin Müşahidə Şurasının sədri vəzifəsinə keçməsindən sonra nəinki vəzifəsindən, hətta Azərbaycandan getdi. İş adamı ailəsinin yaşadığı Dubaya yollanıb.

Tahir Gözəlin “Azərsun Holdinq”in başına keçməsindən sonra isə holdinqdə kütləvi şəkildə ixtisarlar başlayıb. Bu ixtisarlar isə ilk növbədə Əhməd Gözəlin Holdinqə gətirdiyi kadrları əhatə edir. Belə ki, şirkətdəki mənbənin bildirdiyinə görə, Tahir Gözəl qardaşının işə cəlb etdiyi işçilərin hamısını holdinqdən uzaqlaşdırır.

Onu da bildirək ki, ötən həftənin sonlarından başlayan kütləvi ixtisarlara düşən baş ofisdəki işçilərə stajına görə təzminat da ödənilir. Bununla bağlı Əmək Məcəlləsinin tələblərinə də əməl olunduğu bildirilir.

Daha bir maraqlı xəbər isə “Azərsun Holdinq”in tərkibinə daxil olan “Al Market” şəbəkəsi ilə bağlıdır. Məlumata görə, Tahir Gözəlin gəlişindən sonra bu ay ərzində “Al Market”in 60 yaxın filialı bağlanıb. Ay sonuna qədər isə bu sayın 200-ə qədər çatacağı bildirilir.

Qeyd edək ki, Tahir Gözəl eyni zamanda, “Qarabağ” futbol klubunun prezidentidir. Ailə başçısı Abdolbari Gözəl isə ötən ilin yanvarında Dubayda 76 yaşında dünyasını dəyişib. Mərhum iş adamı həmin şəhərdə dəfn olunub.