vaxtlı-vaxtında oxuyun! Bazar, 21 iyun 2026
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
OLAY  
09:29 | 7 may 2026 | Cümə axşamı Məqaləyə 163 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kuryerlərin şikayəti – VİDEO

“Volt”un qərarı narazılığa səbəb oldu

İNCİ, VAXT.AZ

Çatdırılma üçün kuryerlərə təyin edilən məbləğ azaldılıb. Bu iddianı Binəqədi rayonu ərazisində fəaliyyət göstərən bir qrup kuryer şikayətində bildirib.

VAXT.AZ Xezerxeber.az-a istinadən xəbər verir ki, kuryerlərin sözlərinə görə, müqavilədə çatdırılma haqqı olaraq 1 kilometr üçün 1,7 manat təyin olunsa da, bu məbləğ bir neçə aydır, 1,1 manata endirilib. Kuryerlərə isə bunun şirkət tərəfindən yox, sistem tərəfindən təyin olunduğu bildirilir. Bəzən müştərilərin götürmədiyi məhsul sifariş olunduğu yerə qaytarılır ki, bu da kuryerlərə daha da baha başa gəlir.

Şikayətlər bununla da bitmir. Kuryerlər iddia edirlər ki, fəaliyyət göstərdikləri şirkət səbəbsiz yerə onların hesablarını bloklayır, işləmələrinə mane olur.

Kuryerlərin şikayəti ilə bağlı “Volt” ofisinə müraciət edilsə də, şirkətin əməkdaşı olduğunu bildirən şəxs zənglərə cavab verməyərək, “Məni narahat etməyin!” mesajını yazdı. “Volt” dəstək xidmətindən də cavab almaq mümkün olmadı.

VAXT.AZ mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.