vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 11 sentyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
İZDİHAM  
Nepal yeni liderini axtarır 16:39 | 11 sentyabr 2025 | Cümə axşamı Məqaləyə 92 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Nepal yeni liderini axtarır

Rəhbərlər “Z nəsli” ilə masaya oturur

TURQUT

MÖVZU İLƏ ƏLAQƏLİ

Nepalda sosial media qadağası ilə başlayan etirazlardan sonra ordu, gənclərlə keçici lider təyin etmək üçün masaya oturur. Aksiyalar zamanı dövlət binaları yandırılıb, qəzəbli kütlə nazirləri küçələrdə təqib edərək ordu helikopterləri ilə qaçmağa məcbur etdi.

Nepal ordusu ölkəni sarsıdan “Z nəsli” etirazlarının ardından gənclərlə yenidən masaya oturmağa hazırlaşır. Görüşlərdə, istefa etmiş Baş nazir Prasad Şarma Oli’nin yerinə keçici bir liderin təyin olunması hədəflənir.

Ordu sözçüsü Raca Ram Basnet, “Reuters”a açıqlamasında, “İlk görüşlər başladı və bu gün də davam edəcək. Durumu yavaş-yavaş normallaşdırmağa çalışırıq”, – deyib.

Nepal Səhiyyə Nazirliyi etirazlarda ölü sayının 30-a yüksəldiyini, 1 033 nəfərin isə yaralandığını açıqlayıb. Sosial media qadağası ilə başlayan və polis tərəfindən gözyaşardıcı qaz və plastik güllə istifadə olunan hadisələr, son illərin ən qanlı etirazları kimi qeydə alınıb.

Çox sayda insanın öldüyü etirazlar, Baş nazir Prasad Şarma Oli və bir çox nazirin istefasından sonra azaldı.

Etirazlar zamanı Parlament binası, nazirlərin evləri və keçmiş baş nazir Olinin xüsusi iqamətgahı yandırıldı.

Turizm şəhəri Pokxaradakı otellər və Katmandudakı “Hilton” oteli də yanğınlara məruz qaldı.

Etirazçılar keçici baş nazir olaraq keçmiş baş prokuror Suşila Karkini təklif etdilər. Karki, “CNN-News18”ə açıqlamasında, “Mənə təklif etdikdə qəbul etdim”, – deyib.

***

Sosial mediada sürətlə yayılan videolar diqqət çəkdi.

Görüntülərdə Maliyyə naziri Bişnu Prasad Paudel paytaxt Katmandu küçələrində etirazçılar tərəfindən qovulur. Əvvəl dəyənəklərlə döyülən nazir, qrupdan qaçaraq divardan atlayıb suya doğru qaçır.

Başqa videolarda etirazçılar Nepal Konqres Partiyası lideri Şer Bahadur Deuba və həyat yoldaşı, Xarici İşlər naziri Arzu Rana Deubanı döyür. Hər ikisi qan içində görünür, bir videoda isə partiya lideri təhlükəsiz bir yerə aparılır.

***

Nepaldan gələn görüntülərdə nazirlər və ailə üzvləri ordu helikopterinin xilasetmə ipindən yapışaraq yüksəlirlər. Sosial mediada yayılan görüntülərdə ordu helikopterləri bəzi nazirləri və ailələrini təhlükəsiz yerə çatdırmağa müvəffəq olur.

***

Həbsxanalara basqın edən etirazçılar idarə binalarını yandırdı və keçidləri açıq qoydu. Nəticədə ölkə üzrə 25-dən çox həbsxanadan 15 mindən çox məhbus qaçdı. Həbsxanalardakı xaos ölkənin müxtəlif yerlərində polis müdaxiləsi ilə qarşılaşdı. Məhbuslardan yarısının qaçdığı bir islah evində polisin atəş açması nəticəsində 5 məhbus həyatını itirdi. Başqa bir həbsxanada isə 10-dan çox məhbus yaralandı.