Ukraynalı uşaqlar qaytarılmalıdır
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
16:21 | 11 sentyabr 2025 | Cümə axşamı
Məqaləyə 236 dəfə baxılıb
Şriftin ölçüsü
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Medvedev: “Tramp ağlını itirmiş Avropa ilə tam həmrəydir”
Əli Şəmxaninin qızının toy qalmaqalı və Rusiya mediasının səssizliyi
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
Tramp Putinə əzazil sifətini göstərməyə başladı
... Ukrayna 2000 km aralıdakı zavodu vurdu
ABŞ Rusiyanın neft şirkətlərinə yeni sanksiyalar tətbiq etdi
Fransa müdafiə büdcəsini rekord səviyyəyə qaldırır
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Budapeşt görüşü sual altında
Avropanın mərkəzində müharibə qorxusu
Ukrayna ordusunda çinlilər də döyüşür
Planlaşdırılan Budapeşt görüşü siyasi parçalanma yaratdı
Sergey Lavrov və Zərif arasında qarşıdurma
Çin isə Trampın əsas tələbləri ilə razılaşmadı, əksinə ...
Rusiyaya aid pilotsuz uçuş aparatlarının (PUA) Polşa hava sahəsinə girməsi ilə NATO üzvü bir ölkə ilk dəfə birbaşa münaqişəyə cəlb olunub. Avropada müharibənin genişlənib-genişlənməyəcəyi sualı gündəmə gəlir, Polşanın şərq sərhədində isə uçuşlara məhdudiyyətlər tətbiq olunub.
Rusiyanın Ukraynaya qarşı müharibəsində bir ilk baş verib.
Rusiyaya aid PUA NATO üzvü Polşanın hava sahəsinə daxil olaraq “müharibə həyəcanı” elan olunmasına səbəb oldu. Polşa və NATO qüvvələrinin bu dronları vurması nəticəsində müharibədə ilk dəfə bir NATO ölkəsi birbaşa atəş açmış oldu.
Polşa Baş naziri Donald Tusk hadisəni “İkinci Dünya Müharibəsindən bəri müharibəyə ən yaxın an” adlandıraraq, Rusiya PUA-larının ölkəsinə qəsdən provokasiya məqsədilə göndərildiyini iddia etdi.
Varşava hökuməti NATO-nun məsləhətləşmə mexanizmini işə salan 4-cü maddənin tətbiq olunmasını tələb etdi.
4-cü maddəyə əsasən NATO üzvlərinin fövqəladə iclasa çağırılması və üzv ölkələr arasında məsləhətləşmələr aparılması gözlənilir.
***
Polşa Rusiyaya aid pilotsuz uçuş aparatlarının ölkə hava sahəsini pozması ilə əlaqədar Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının (BMTTŞ) təcili iclas çağırılacağını açıqladı. İclasın Polşanın tələbiylə keçiriləcəyi bildirildi.
Polşa Baş Nazir müavini və Xarici İşlər Naziri Radoslav Sikorski açıqlamasında dedi: “Dünyanın diqqətini, BMT, AB və NATO üzvü bir ölkəyə qarşı bu misli görünməmiş Rus pilotsuz hava hücumuna çəkirik.”
Sikorski həmçinin Polşa adından iclasda kimin danışacağına hələ qərar verilmədiyini bildirdi.
***
Polşa Silahlı Qüvvələri Əməliyyat Komandanlığı dron pozuntularından sonra Belarus və Ukrayna ilə şərq sərhədi boyunca hava trafikinə məhdudiyyətlər tətbiq olunduğunu açıqladı.
Açıqlamada deyilir: “Silahlı Qüvvələr Əməliyyat Komandanlığının tələbi ilə… hava trafiki məhdudiyyətləri Polşanın şərq bölgəsində ‘EP R129’ adlı məhdudiyyət zonası kimi tətbiq olunacaq.”
9 dekabr tarixinə qədər qüvvədə olacaq
Məhdudiyyətlər Çərşənbə günü saat 22:00-də qüvvəyə mindi və 9 dekabra qədər davam edəcək.
Agentlik qeyd edir ki, günəşin doğuşundan batışına qədər məhdudiyyət zonasında uçuşlar qadağandır; yalnız uyğun transponder ilə uçuş planına uyğun hərəkət edən və hava orqanları ilə iki tərəfli əlaqə saxlayan pilotlu hava vasitələri istisnadır.
Məhdudiyyətlər həmçinin hərbi uçuşlar və bəzi xüsusi uçuşlar üçün də istisna yaradır.
***
Ukrayna lideri Vladimir Zelenski bir daha Avropa sərhədlərini qoruyan hava qalxanı təklif etdi. Zelenski sosial şəbəkədə bildirib: “Ortaq hava müdafiə sistemi üzərində işləməliyik. Avropada effektiv bir hava qalxanı yaratmalıyıq. Bunu uzun müddətdir təklif edirik.”
Moskva inkar edir
Rusiya Müdafiə Nazirliyi Polşaya hücum niyyətləri olmadığını bildirərək dronların yalnız Ukraynanın qərbindəki hədəfləri vurmaq məqsədilə olduğunu iddia etdi. Polşa isə Belarusdan gələnlərlə birlikdə 19 hava aparatının ölkə hava sahəsinə daxil olduğunu açıqladı.
Avropa Birliyi xarici siyasət üzrə nümayəndəsi Kaja Kallas xəbərdarlıq etdi: “Rusiya müharibəni genişləndirir”, – deyib və Moskva üzərinə daha çox sanksiya tətbiq edilməsini, Avropa müdafiəsinə investisiya qoyulmasını tələb edib.
Kremlin sözçüsü Dmitri Peskov isə Qərbin “sübut göstərmədən Rusiyanı provokasiya ilə suçladığını” irəli sürdü.
***
Rusiyanın Ukraynaya son PUA hücumları yalnız hərbi addım deyil, Qərbə verilmiş siyasi xəbərdarlıq kimi də qiymətləndirilir.
“SkyNews” xəbərinə görə, Kremlin Qərbə verdiyi mesaj: “Həqiqətən öz əsgərlərinizi meydana çıxarmaq istəyirsiniz?” sualıdır.
Avropada mümkün atəşkəs sonrası Ukraynaya əsgər göndərilməsi müzakirə edilərkən, Moskvanın hibrid metodlara baş vura biləcəyi narahatlığı artır. Rusiya, NATO üzvü ölkələr birbaşa münaqişəyə cəlb olunarsa, ittifaqı çətin vəziyyətə sala bilər.
Analitiklər bildirir ki, Rusiya Qərbə mesajını açıq verir: “Əsgər göndərmədən əvvəl iki dəfə düşünün”.