
Vəkil maaşı etirazı üsyana çevrildi
Polisin motokuryeri öldürməsi İndoneziya prezidentinin açıqlama verməsinə səbəb oldu
Polisin motokuryeri öldürməsi İndoneziya prezidentinin açıqlama verməsinə səbəb oldu
Dünyanın ən hündür nöqtəsinə qalxmaq üçün öncə kiçik zirvələrdə məşq etmək şərti qoyulur
“Boeing” müdafiə zavodunda 30 ildən sonra ilk dəfə tətil
Keniyada hökumət əleyhinə küçə etirazları davam edir
Berlində məktəbdə asılan göy qurşağı bayrağı böhrana səbəb olub
Etirazlarda ölənlərin sayı 16-ya yüksəldi
“Banan respublikasında” fövqəladə vəziyyət
Şəhərin mərkəzində saat 20:00-dan 06:00-a qədər ...
Argentinada keçirilən aksiyada polis toqquşma baş verib, yaralananlar var
50 nəfər etirazçı həbs edib, bir polis ağır yaralanıb
Uşaq bağçaları, məktəblər və ictimai nəqliyyat dayanır
Mileinin iqtisadi siyasəti Cənubi Amerika ölkəsində toqquşmalara səbəb oldu
Nepalda hidrogenlə dolu şarlar alovlandı, baş nazirin müavini yanıq xəsarətləri alıb
İtaliyada ictimai nəqliyyat işçilərinin etirazı insanları yağışlı havada yollarda qoyub
İnsanlar parlamentə basqın etməyə cəhd etdilər
Etiraza qalxan erməni ticarətçilərin ilk aksiyası noyabrın 14-də keçirilib
Cənubi Asiyada yerləşən Nepal, sosial mediaya giriş qadağası üzərinə başlayan etirazlarla sarsılır. Ən azı 22 nəfərin həyatını itirdiyi etirazlardan sonra əvvəlcə Daxili İşlər Naziri Rameş Lexak, Kənd Təsərrüfatı və Heyvandarlıq Naziri Ramnat Adikari və Su Təchizatı Naziri Pradip Yadav vəzifələrini tərk etmişdi.
Son olaraq, bu gün (9 sentyabr) Nepal Başbakanı Xadqa Prasad Şarma Oli də istefasını açıqladı.
Federal parlament binası və Ali Məhkəmə binasının yandırıldığı ölkədə ordu, polis və yüksək vəzifəli şəxslər etirazçılara səbirli olmağı və siyasi dialoqa dəvət edirlər.
Himalaylarda yerləşən 30 milyon əhalili ölkədə xalq iqtisadiyyatın gedişatı və korrupsiyaya da etiraz edir.
“Z nəsli” tərəfindən təşkil edilən etirazçılar, Katmanduda tətbiq olunan komendant saatına və sosial media qadağalarının “tezliklə” qaldırılacağı açıqlamasına baxmayaraq, bu gün də küçələrə çıxdılar.
Ölkənin ən böyük siyasi partiyası olan Nepal Konqresinin binası önündəki polis kabinəsinin yandırıldığı müşahidə edildi.
“Reuters” agentliyi paytaxtdakı Tribhuvan Hava Limanındakı bütün uçuşların dayandırıldığını xəbər verdi.
Katmandunun cənubunda yerləşən Çandrapur şəhərində də etirazçılar komendant saatını pozaraq küçəyə çıxdılar. CNN xəbər verir ki, bir polis avtomobili yandırılıb və polis əməkdaşları izdihamı dağıtmaq üçün havaya atəş açıblar.
Etirazlar necə başladı?
Müəyyən müddət ərzində Nepal Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə qeydiyyatdan keçməyən “Facebook”, “Instagram”, “WhatsApp”, “YouTube”, “X”, “Reddit” və “LinkedIn” kimi platformaların cümə günü bloklanması qəzəb yaratdı.
Nazirlik bu addımı dezinformasiya və nifrət ritorikası ilə mübarizə çərçivəsində atdıqlarını bildirsə də, lazım olan icazələri alan platformaların həmin gün yenidən açılacağı elan edildi. Buna baxmayaraq, etirazçılar parlament binasına doğru yürüş etdilər.
“Reuters” xəbər agentliyi etirazçılardan birinin sözlərini belə qeyd etdi: "Bütün nepalılar korrupsiyadan yorulub. Gənclərin hamısı xaricə gedir. Gənclərimizi qorumaq və ölkənin iqtisadiyyatını düzəltmək istəyirik".
Ölkə iqtisadiyyatı, xaricdə yaşayan nepalıların ölkələrinə göndərdiyi pullara son 30 ildə daha da çox bel bağlayır.
Dünya Bankının məlumatına görə, 15-25 yaş qrupunda işsizlik 20,8%-ə çatır və siyasətçilərin uşaqlarının yaşadığı lüks həyat böyük etiraz doğurur.
Bazar ertəsi qan töküldü
Polis, parlament yaxınlığında olan etirazçılara bazar ertəsi günü su şırnağı, göz yaşardıcı qaz və real mərmi ilə müdaxilə etdi.
Katmandu şəhərində 17, şərqdəki İtahari şəhərində isə iki nəfərin öldüyü, ümumilikdə ən az 400 nəfərin yaralandığı yerli hakimiyyət orqanları tərəfindən bildirildi. Daha sonra ölənlərin sayı ən az 22 nəfər olaraq açıqlanıb.
Birləşmiş Millətlər İnsan Haqları Ali Komissarlığı da daxil olmaqla beynəlxalq təşkilatlar etirazçılara qarşı ölüm hadisələrinin onları şoka saldığını bildirərək Nepal hökumətinə müstəqil istintaq aparmağı tövsiyə etdilər.
Ordu nazirləri helikopterlə xilas etdi
Nepal hökuməti sosial media qadağasının qaldırılacağını açıqladı və nazirlər istefalarını verdilər, amma etirazlar dayanmamışdı.
Nepal Baş naziri Xadqa Prasad Şarma Oli və digər bəzi siyasətçilərin evlərinə hücum edildi. Nepal ordusu nazirləri evlərindən helikopterlərlə təxliyə etməyə başladı.
Nepal Konqresi Baş katibi Qaqan Tapa, Baş nazir Oli rəhbərliyindəki hökumətə verdikləri dəstəyi geri çəkəcəklərini açıqladı və istefa çağırışı etdi. Bu, gözlənilən addım oldu.
Daha əvvəl Baş nazir Oli etirazçılar arasında gizli maraq qruplarının olduğunu deyərək “Z nəsli” tələblərinə mənfi baxmadığını bildirmişdi. Buna baxmayaraq, istefadan qaça bilmədi.
CNN-ə danışan ictimai siyasət üzrə ekspert Binay Mişra, Nepal Prezidenti Ram Çandra Paudelin yeni hökumət qurmaq üçün parlamenti toplaması lazım olduğunu xatırlatdı.
Mişra heç bir partiyanın sadə çoxluğa sahib olmadığı üçün “Z nəsli” nümayəndələrinin qurulacaq müvəqqəti hökumətdə söz sahibi olmasının ehtimalı yüksək olduğunu qeyd etdi.