
Yığılan kinin mənbəyi
Nepaldakı hadisələrin kökündə dayanan əsl səbəblər nələr idi?!
Nepaldakı hadisələrin kökündə dayanan əsl səbəblər nələr idi?!
Ölkəyə İlk qadın baş nazir gəlir
Rəhbərlər “Z nəsli” ilə masaya oturur
İzdihamın hökuməti belə tez devirməsi nadir haldır
Parlament yandırıldı, ordu küçələrə çıxdı
Şiddətli etirazlarla çalxalanan ölkədə qeyri-rəsmi fövqəladə vəziyyətdir
Sosial media qadağası baha başa gəldi, Nepal Baş naziri istefa etdi
Polisin motokuryeri öldürməsi İndoneziya prezidentinin açıqlama verməsinə səbəb oldu
Kenya hökuməti şimal ağ kərgədanlarını 24 saat silahlı qoruma altında saxlayır
Yağışın azalması və yüksək temperatur planeti yaşanmaz hala gətirəcək
Bununla belə Pekinin ixrac payı Vaşinqtondan iki dəfə azdır
Saxta qəbzlər, xəyali təchizatçılar adıyla milyonlarla dollar mənimsənilib
Hər şey mobil telefondan elektron cihazlara qədər bu mədənə bağlıdır
“Boeing” müdafiə zavodunda 30 ildən sonra ilk dəfə tətil
Afrikanın ən varlı 4 nəfəri qitə əhalisinin yarısından daha çox sərvətə sahibdir – “Oxfam”
Keniyada hökumət əleyhinə küçə etirazları davam edir
Şərqi Afrika ölkəsi Keniyada 60-dan çox insanın həyatını itirdiyi "2024-cü il Maliyyə Qanunu"na qarşı başladılan etirazların ildönümündə yenidən etiraz aksiyaları keçirilib. Keniya Əfv Təşkilatından verilən açıqlamada, dünən keçirilən hökumət əleyhinə nümayişlərdə əksəriyyətinin polis tərəfindən öldürülməklə, həlak olanların sayının 16-ya yüksəlib. Ötən gün 8 nəfər etirazların qurbanı olmuşdu.
Minlərlə keniyalı 2024-cü ildə həyata keçirilməsi planlaşdırılan tənzimləmə və vergi artımlarını nəzərdə tutan etirazların birinci ildönümündə, 25 iyunda küçələrə çıxan əhali paytaxt Nayrobidə polisin gözyaşardıcı qaz və su şırnaqları qarşılaşıb.
“Amnesty İnternational Keniya”nın icraçı direktoru İrunqu Houton “Reuters” agentliyinə bildirib ki, bəzi etirazçılar polislə toqquşub və yerli vaxtla səhər saat 8:30-da 16 nəfərin öldüyü təsdiqlənib. Houton ölənlərin sayının Keniya İnsan Haqları üzrə Milli Komissiyası (KNCHR) tərəfindən də təsdiqləndiyini bildirib.
Houton əksəriyyəti polis tərəfindən öldürüldüyünü və ən azı beş nəfərin güllələndiyini deyib. Hökumət tərəfindən maliyyələşdirilən KNCHR əvvəllər ölkə daxilində səkkiz nəfərin hamısının güllə yaralarından öldüyünü bildirmişdi.
KNCHR sosial mediada bildirib ki, polis, etirazçılar və jurnalistlər də daxil olmaqla 400-dən çox adam ölüb və yaralanıb. Agentliyin bəyanatında etirazlar zamanı çoxlu sayda polisin cəlb edildiyi qeyd edilib. Rezin güllələr, adi güllələr və su şırnaqlarından istifadə də daxil olmaqla, həddindən artıq güc tətbiqi iddiaları var. Açıqlamada bunun çoxlu yaralanmalara səbəb olduğu bildirilib.
***
Dövlət tərəfindən maliyyələşdirilən Müstəqil Polis Nəzarəti Qurumunun (IPOA) də etirazlarla bağlı açıqlamasında etirazlar zamanı ən azı 61 nəfərin saxlanıldığını açıqlayıb. Paytaxtdakı Kenyatta Milli Xəstəxanasının rəsmisi də onlarla yaralının xəstəxanaya gətirildiyini açıqlayıb. Mənbə qeyd edib ki, əksəriyyəti odlu silahdan açılan atəş nəticəsində yaralanan 107 nəfər xəstəxanaya aparılıb. Həmin şəxslərin rezin və adi güllələrlə vurulduğu bildirilib.
Milli elektrik təminatçısı “Kenya Power”, etirazlar zamanı paytaxt Nayrobidə təhlükəsizlik işçilərindən birinin güllələndiyini bildirdi. Keniyanın NTV telekanalı böyük izdihamı göstərib. Keniya Rabitə İdarəsi dünən etirazların yayımı ilə bağlı senzura əmri verib və daha sonra paytaxt məhkəməsi bu əmri ləğv edib.