vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 15 oktyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
PROBLEM  
İrqçilik doğuşdan gəlir, yoxsa psixoloji bir problemdir? 16:05 | 15 oktyabr 2025 | Çərşənbə Məqaləyə 83 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İrqçilik doğuşdan gəlir, yoxsa psixoloji bir problemdir?

Psixoloji səbəblər və elmi baxış

LEYLA

MÖVZU İLƏ ƏLAQƏLİ

Avropa, Avstraliya və ABŞ-da aparılan araşdırmalar göstərir ki, irqçiliklə bağlı hallarda artım müşahidə olunur. Bəs, irqçilik insan təbiətinin bir hissəsidir, yoxsa psixoloji pozğunluğun nəticəsi?

Vaxt.AZ xəbər verir ki, bəzi elm adamları irqçiliyin insan bəşəriyyətinin tarixindən qaynaqlanan təbii bir meyl olduğunu iddia edir. Paskal Boyer kimi psixoloqlar irqçiliyi “başqa qrupları aşağıda saxlamaqla resursları qoruma strategiyası” kimi izah edirlər. Digər bir nəzəriyyəyə görə isə, irqçilik, daha az enerji sərf etmək və fərqli qruplarla qarşılıqlı əlaqədən qaçmaq instinkti ola bilər.

Lakin antropoloji məlumatlar, tarixdə insan topluluqlarının tez-tez qarışdığını, evləndiyini və resursları paylaşdığını göstərir. Bu, irqçiliyin bəşəri bir meyl olduğuna dair iddiaları zəiflədir.

Psixologiya sahəsindəki araşdırmalar, qərəzli, güvənsizlik, travma və sosial stresslərlə bağlı olduğunu göstərir. İnsanlar özlərini təhlükəsiz hiss etmədikdə, milli və etnik kimliklərinə daha çox bağlanır, digər qrupları isə xarici və təhlükəli kimi qəbul edirlər.

Bu yanaşmaya görə, irqçilik psixoloji – güvənsizlik və narahatlıq, insanı aidiyyət axtarmağa və digər qrupları kənarlaşdırmağa sövq edən müdafiə mexanizmidir. Sağlam şəxsiyyət və özünə güvən sahibi olan şəxslər isə adətən irqçi olmurlar.

“Psychology Today”də yayımlanan xəbərdə bildirilir ki, “irqçilik insan təbiətinin bir hissəsi deyil, bir travmadır”. Genetik və bioloji olaraq insanları irq adları ilə ayırmaq mümkün deyil. Bütün insanlar Afrikadan mənşəlidir və fərqli iqlim və ərazilərə uyğunlaşmaqla fiziki fərqliliklər inkişaf etdiriblər.