vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 3 iyun 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
MƏMLƏKƏT  
Azərbaycanda növbəti əfv gözlənilir 08:11 | 17 aprel 2025 | Cümə axşamı Məqaləyə 213 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Azərbaycanda növbəti əfv gözlənilir

Komissiyaya 500-dən artıq müraciət daxil olub

ELÇİN

MÖVZU İLƏ ƏLAQƏLİ

Əfv Komissiyasının həlledici iclası yaxınlaşır. İndiyədək komissiyaya məhkumlardan və onların yaxınlarından 500-dən artıq müraciət daxil olub. Komissiyanın üzvü Əliməmməd Nuriyev bildirib ki, növbəti iclas aprelin 23-də keçiriləcək.

Bu il Komissiyanın artıq 6-cı iclası olacaq. Müraciətlər qadınlar, kişilər, əcnəbilər və əlilliyi olan şəxslər də daxil olmaqla, bütün kateqoriyalardan olan məhkumlar tərəfindən ünvanlanıb. Onların hamısı cəzanın yüngülləşdirilməsini və ya azad olunmalarını istəyir.

Müraciətlərin baxılması başa çatdıqdan sonra yekun siyahı Prezidentə təqdim ediləcək. Əfvin “Konstitusiya və Suverenlik İli” ilə əlaqədar elan olunacağı gözlənilir.