Gərginlik və yanacaq qiymətləri gəliri düşürür
Hava yolu şirkətləri 2026-da daha çox sərnişin daşıyacaq, mənfəət isə iki dəfə azalacaq
Hava yolu şirkətləri 2026-da daha çox sərnişin daşıyacaq, mənfəət isə iki dəfə azalacaq
Biri uşaq olmaqla 8 nəfər ölüb, 33 nəfər yaralanıb
Belçikada baş verən dəhşətli qəzada ölənlər və yaralananlar var
Ənənəvi problem hava limanlarının milyardlarla dollar ziyan vurur
Ölənlər var
Ləğv olunan reyslər artır, biletlər bahalaşır
İtki yoxdur
İki mərtəbəli oturacaqlar yenidən gündəmdə – son və qəti dizaynı təqdim olundu
Türkiyədə aviabiletlərin qiyməti yenidən qalxır
Uzaqmənzilli raketlər hələ də tam məhv edilməyib
Tankerində partlayışında ən azı 30 ölü, 40-dan çox yaralı var
Günahkar iqlim dəyişikliyidir?
“Yaxında təyyarədə nəfəs almaq da əlavə ödənişli olacaq”
ABŞ hökumətinin bağlanması iqtisadiyyata və kredit reytinqinə təsir edə bilər
Vergilər Pekinə cavabdır
ABŞ-da ağac məhsullarına əlavə rüsum tətbiqinə başlanıldı
ABŞ-da Denverdən Edmontona uçan “United Airlines”a məxsus “Boeing 737” sərnişin təyyarəsinin mühərriklərindən birinə dovşan girib. Təyyarənin sağ qanadındakı mühərriklərdən biri havaya qalxdıqdan az sonra yanıb. Motordan alov çıxdığını görən sərnişinlər təşvişə düşüb və qışqırmağa başlayıblar.
Pilot qəza çağırışından sonra sağ qanad mühərrikini söndürüb və 75 dəqiqə sonra geri qayıdaraq Denverə təcili eniş edib. Təyyarədə olan 159 sərnişin və ekipaj üzvlərinin hamısı təxliyə edilib, insident zamanı xəsarət alan olmayıb.
Bildirilib ki, pilot qülləyə dovşanın iki nömrəli mühərrikə girdiyini bildirib. Dovşanın uçuş zamanı mühərrikə girdiyi güman edilir.
“Təyyarədə partlayış və şiddətli silkələnmə hiss etdik, lakin təyyarə qalxmağa davam etdi. Mühərrikdən çıxan alov hər kəsi panikaya saldı”, – sərnişin Skott Volf deyib.