vaxtlı-vaxtında oxuyun! Cümə, 29 may 2026
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
TƏBİƏT, İQLİM, FƏLAKƏT  
BMT-dən xəbərdarlıq 09:20 | 29 may 2026 | Cümə Məqaləyə 17 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

BMT-dən xəbərdarlıq

Növbəti 5 ildə temperatur rekordları qırıla bilər

MEHİN, VAXT.AZ

MÖVZU İLƏ ƏLAQƏLİ

Dünya Meteorologiya Təşkilatının (“World Meteorological Organization” – “WMO”) açıqladığı yeni iqlim proqnozu qarşıdakı illərlə bağlı narahatedici mənzərə ortaya qoyub. Hesabata görə, yaxın 5 ildə qlobal temperatur rekordlarının yenilənməsi, eyni zamanda sel, fırtına, quraqlıq və meşə yanğınları kimi iqlim fəlakətlərinin sayının artması gözlənilir.

BMT-yə bağlı təşkilat üçün “Met Office” tərəfindən hazırlanan və Cenevrədə təqdim olunan hesabatda bildirilir ki, bəşəriyyət həm rekord istilərlə, həm də iqlim dəyişikliyinin yaratdığı ağır nəticələrlə mübarizə aparmalı olacaq.

 

1,5 dərəcəlik həddin aşılması ehtimalı artır

 

Hesabatda qeyd olunur ki, 2026–2030-cu illər arasında qlobal orta temperaturun sənayeöncəsi dövrlə müqayisədə 1,5 dərəcə həddini aşması ehtimalı 75 faizə çatıb. Alimlərin hesablamalarına görə, qarşıdakı illərdə orta qlobal temperatur artımı 1,3–1,9 dərəcə arasında dəyişəcək.

2015-ci ildə imzalanmış “Paris İqlim Sazişi” çərçivəsində ölkələr qlobal istiləşməni 1,5 dərəcə ilə məhdudlaşdırmağa söz vermişdilər. Lakin yeni proqnozlar həmin hədəfin getdikcə daha çətin əlçatan olduğunu göstərir.

“WMO”nun məlumatına əsasən, yaxın 5 ilin ən azı birində 1,5 dərəcəlik həddin aşılması ehtimalı 91 faizdir. Bundan əlavə, 2024-cü ildə qeydə alınan “ən isti il” rekordunun yenidən qırılması ehtimalı 86 faiz qiymətləndirilir. Xatırladaq ki, 2024-cü ildə temperatur artımı 1,55 dərəcəyə çatmışdı.

 

Şimal qütbü və Amazon üçün ciddi risklər

 

Hesabatda 2030-cu ilə qədər Arktika bölgəsində temperatur artımının 1,66 dərəcəyə çata biləcəyi bildirilir. Alimlər xəbərdarlıq edir ki, bu proses qütb buzlaqlarının əriməsini sürətləndirəcək və yeni iqlim fəlakətlərinə səbəb olacaq.

Sənəddə həmçinin Amazonun tropik yağış meşələrində artan istilərin quraqlıq və genişmiqyaslı meşə yanğınları riskini yüksəldə biləcəyi vurğulanır.

 

“Fürsət pəncərəsi sürətlə bağlanır”

 

“Met Office”in mütəxəssisi Melisa Sirbuk (Melissa Seabrook) bildirib ki, Yer kürəsinin istiləşdiyinə dair “çox açıq sübutlar” mövcuddur.

Onun sözlərinə görə, 1,5 dərəcə həddinin təkcə bir ildə aşılması hələ uzunmüddətli sabit pozuntu demək deyil. Lakin dünya bu həddə yaxınlaşdıqca, onun daha tez-tez aşılması ehtimalı artır.

“Elm çox aydın şəkildə göstərir ki, qlobal temperaturu 1,5 dərəcə səviyyəsində saxlamaq üçün fürsət pəncərəsi sürətlə bağlanır”, – deyə Sibruk vurğulayıb.

Mütəxəssis əlavə edib ki, temperaturun hər 0,1 dərəcə artımı belə ciddi nəticələr doğurur. O, buna misal olaraq son günlər Avropada ölüm hallarına səbəb olan ekstremal istiləri göstərib.

 

Güclü “El Nino” yeni rekordlar gətirə bilər

 

Hesabatda 2026-cı ilin sonlarında yeni “El Nino” hadisəsinin baş verə biləcəyi də qeyd olunur. Bu fenomen Sakit okeanın mərkəzi və şərq hissələrində suyun temperaturunun normadan artıq yüksəlməsi nəticəsində yaranır və qlobal hava axınlarını dəyişdirərək temperaturu artırır.

Melissa Sibruk bildirib ki, “El Nino”nun təsiri nəticəsində 2024-cü ilin temperatur rekordunun 2027-ci ildə yenidən qırılması mümkündür.

Yeni hesabatı şərh edən “Imperial College London”un iqlim alimi Frederik Otto (Friederike Otto) isə xəbərdarlıq edib ki, 1,5 dərəcə həddinin aşılması sel, qasırğa, quraqlıq və istilik dalğaları kimi ekstremal hava hadisələrinin daha da güclənməsinə səbəb olacaq.

Ottonun sözlərinə görə, qlobal istiləşmənin sürətlənməsi daha çox insan itkisinə, kənd təsərrüfatına zərbə vuraraq ərzaq qiymətlərində ciddi artımlara və daha tez-tez meşə yanğınlarına gətirib çıxara bilər.