İsti hava insanı qocaldır
Elm adamları xəbərdarlıq edir – siqaret və spirt qədər təhlükəlidir
14:45 | 8 may 2026 | Cümə
Məqaləyə 12 dəfə baxılıb
Şriftin ölçüsü
Elm adamları xəbərdarlıq edir – siqaret və spirt qədər təhlükəlidir
Avropada öncə payız, sonra təkrar yay havası olacaq
Şəhər isti hava dalğaların ilə qitənin ən ölümcül paytaxtı oldu
Türkiyədə son 55 ilin ən isti iyul ayı
Temperatur 40 dərəcəyə çatacaq, ekspertlər diqqətli olmağı tövsiyə edir
20 vilayətdə dövlət qurumları bağlanır
Avropanın sonuncu isti dalğasında ölümlər üç dəfə artdı
Fransa yeni qızmar isti dalğasına hazırlaşır
Milanda asfalt əriyib
Qitə həddindən artıq isti dalğası altında inildəməkdə davam edir
Həddindən artıq istilərin sağlamlığa təsiri 5 sualda
Termometrlər 46 dərəcəni göstərib
Hollandiya, Belçika və Fransa həyəcan vəziyyətindədir
Məktəblər sabahdan bağlanır
İsti dalğası ilə bağlı 14 rayona xəbərdarlıq edilib
Həddindən artıq istilərlə əlaqədar 21 şəhər üçün həyəcan təbili
Havaların istilənməsi və yaya fəslinin yaxınlaşması ilə dəniz çimərlik mövsümünün açılışınasına sayılı günlər qalıb. Bu səbəbdən insanların dəniz sahilində Günəş şüalarından qorunması məsələsi önə çıxır. Bunun üçün isə günəş kremlərində olan çeşidlilik insanları düşündürü. Bunlardan hansıları daha yaxşı qoruyur. Bəzən insanlar bahalıdırsa, deməli yaxşıdır məntiqinə varır. Amma heç də həmişə elə olmur.
Avropada istehlakçı təşkilatı “Stiftung Warentest” tərəfindən 26 günəş kremi üzərində aparılan geniş test nəticələri bu mənada diqqət çəkib. Test nəticələrinə görə, məhsulların yalnız bir hissəsi “çox yaxşı” qiymət alıb, bir qismi isə qoruma səviyyəsini təmin etmədiyi üçün uğursuz sayılıb.
Testdə xüsusilə maraqlı məqam ondan ibarətdir ki, ən yaxşı nəticə göstərən məhsulların bir çoxu ucuz supermarket və kosmetika şəbəkələrinə məxsus markalar olub. Almaniya və Avropada geniş yayılmış bəzi supermarket şəbəkələrin məhsulları yüksək nəticə göstərib. Məsələn, “drogerie markt” (qısacası “dm”) mağazalarında satılan “Sundance” markalı günəş südü və “Lidl” supermarketlər şəbəkəsinin “Cien Sun” məhsulu həm ucuz qiymət, həm də yüksək qoruma səviyyəsi ilə ön plana çıxıb.
Bu tip məhsullar Avropada geniş yayılmış pərakəndə şəbəkələrdə satılır və oxşar konseptli mağazalar Azərbaycanda da tanınır. Xüsusilə Bakıda fəaliyyət göstərən “ROSSMANN” kosmetika şəbəkəsi Avropadakı “dm” və “Rossmann” modelinə yaxın formatda işləyir və burada da “Nivea”, “Eucerin”, “La Roche-Posay”, “Garnier” kimi beynəlxalq markalarla yanaşı daha büdcəyə uyğun Avropa istehsalı məhsullar da satılır. Bu, istehlakçıların həm premium, həm də əlçatan qiymətli alternativlərə eyni məkanda çıxışını təmin edir.
Test nəticələrinə görə, “Aldi”, “Nivea Sun”, “Eucerin”, “La Roche-Posay” və “Avène” kimi markalar da yaxşı nəticə göstərən məhsullar arasında yer alıb.
Bununla yanaşı, 7 məhsul testdən keçə bilməyib. Bu məhsulların bəzisi SPF göstəricisini real şəkildə təmin etməyib və gözləniləndən daha zəif qoruma göstərib. Ən diqqətçəkən məqam isə testdəki ən bahalı 3 məhsulun da uğursuz nəticə alması olub.
Xüsusilə “Sol de Janeiro Rio Radiance Body Spray” məhsulunda problemli maddə hesab edilən benzofenonun yüksək səviyyədə aşkarlanması ciddi müzakirə doğurub. Benzofenonun potensial kanserogen risk daşıdığı və hormon sisteminə təsir göstərə biləcəyi əvvəlki elmi araşdırmalarda da qeyd olunub.
“Rossmann” şəbəkəsinə aid iki məhsul da testdə uğursuz nəticə göstərib. “Sunozon” markalı günəş südü və şəffaf sprey “SPF 50” olmasına baxmayaraq, gözlənilən UVB (Ultrabənövşəyi B şüaları) və UVA (Ultrabənövşəyi A şüaları) qorumasını təmin etməyib.
Mütəxəssislər bildirir ki, istehlakçılar seçim edərkən yalnız qiymətə deyil, real test nəticələrinə və məhsulun tərkibinə də diqqət yetirməlidir. Avropa bazarında məhsul formulalarının tez-tez dəyişməsi səbəbindən əvvəlki test nəticələri həmişə aktual keyfiyyət göstəricisi sayılmır.
Ümumilikdə nəticələr göstərir ki, Avropada yüksək qiymət həmişə yüksək keyfiyyət demək deyil və əlçatan kosmetika məhsulları bir çox hallarda daha stabil nəticə verir.