vaxtlı-vaxtında oxuyun! Cümə, 4 iyul 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
TƏBİƏT, İQLİM, FƏLAKƏT  
İtaliya yanır 19:29 | 3 iyul 2025 | Cümə axşamı Məqaləyə 17 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İtaliya yanır

Milanda asfalt əriyib

MURAD

MÖVZU İLƏ ƏLAQƏLİ

Avropanı vuran istilər İtaliyada 16 nəfərin ölümünə səbəb olub. İtaliya rəsmilərinin məlumatına görə, həftənin əvvəlində 6 nəfər istirahət mərkəzlərində və ya günəş altında işləyərkən həyatını itirib.

Şiddətli susuzluq əlamətləri ilə təcili yardıma müraciət edən ən azı 10 nəfər yaşlı şəxsin ölkə daxilində xəstəxanalarda dünyasını dəyişdiyi bildirilib.

Romada elektrik şəbəkəsinin həddindən artıq yüklənməsi səbəbindən elektrik enerjisi fasiləsiz olaraq kəsilməyə davam edir.

İtaliya paytaxtının böyük bir hissəsində silsilə yanğınların baş verdiyi də bildirilib.

Bu gün 18 şəhərdə yüksək həyəcanlı vəziyyət qüvvədədir. İtaliyanın cənubunda temperaturun 40 dərəcəni keçəcəyi gözlənilir.

Milan və Venesiyanı birləşdirən magistral istilər səbəbindən bir neçə saat bağlanıb. Bir çox yerlərdə asfalt əriyib və yol işçilərinin təcili olaraq yolun səthini bərpa etmək üçün iş apardığı bildirilir.